Millimizdən 30-cu çempionluq



Azərbaycan yığması güləş üzrə U-23 Avropa çempionatlarında yubiley çempionluğunu qazanıb.

İdman.biz xəbər verir ki, Jalə Əliyevanın əldə etdiyi qızıl medal millimizin tarixində 30-cu olub.

O, Bakıda keçirilən qitə çempionatında fərqlənib. Jalə 57 kq çəkidə bütün rəqiblərinə qalib gəlib.

Millimiz bu çempionluqlardan 4-nü Bakıdakı yarışda əldə edib. Güləş yığmamız 2015-ci ildən təşkil olunan yarışda əvvəlki illərdə 26 çempionluq yaşayıb.

Qeyd edək ki, Azərbaycan U-23 Avropa çempionatlarındakı qızıl medal sayında 2-cidir. Yalnız Rusiya daha çox – 53 uğura sahibdir.

Hiç yorum yok:

Yorum Gönder

Pages