MHB-nin 28 May Müstəqillik günü münasibətilə təbriki



Müstəqil Həmkarlar Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib.

İclasda may ayında təşkilatın fəaliyyəti müzakirə olunub.

Vətəndaşlardan Birliyə daxil olan müraciətlər, bununla bağlı rəy sorğuların müvafiq təşkilatlara göndərilməsi və alınan cavablarla bağlı məlumat verilib.

Müstəqil Həmkarlar Birliyinin İdarə Heyətinin regionlarda təşkilatın yeni rayon şöbələrin yaranması müzakirə olunub.

İclasda 28 May müstəqillik günü ilə bağlı həmvətənlərə təbrik qəbul olunub. Təbrikdə deyilir:

Əziz həmvətənlər!

Sizi Azərbaycan xalqının tarixində unudulmaz günlərdən biri olan 28 May Müstəqillik günü münasibətilə təbrik edirik. Arzu edirik ki, Azərbaycanımız daha güclü və iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərdən biri olsun.

Müstəqil Həmkarlar Birliyinin Mətbuat Xidməti

Hiç yorum yok:

Yorum Gönder

Pages