Hər bir insanın dünyaya gəlişi, həyat və fəaliyyəti müəyyən missiya ilə əlaqədardır... Bu mənada hər kəs yaşadığı dövrdə Tanrı tərəfindən ona həvalə olunmuş missiyanı həyata keçirmiş olur. Bəşəri duyğularla, yaşayan xalqına, millətinə layıqlı övlad olmağa çalısan, onun yolunda hər çür fədakarlığa hazır olan insanlar Tanrı tərəfindən ona həvalə olunmuş missiyanı səssiz -küysüz icra edir və bundan xüsusi zövq alır...
Belə insanlardan biri də
Daxili işlər Nazurliyi (Din-in) və Ədiliyyə Nazirliyinin müvafiq strukturlarında öz dəst - xətti və xüsusi xidmətləri olan, yüksək peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, humanistliyi,dəqiqliyi,təmkinliyi və səmimiyyəti ilə seçilən eləcə də xalq və cəmiyyət arasında özünə məxsus nufuz sahibi olan - istefada olan mayor Salmanov Mais Suleyman oğludur. May ayının 21-də onun 70 yaşı tamam olur.
Belə əlamətdar gün münasibətilə daim həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, əhatəsində olan insanların hörmətini qazanan, dostlarına və yaxınlarına isti münasibətdə olan əziz dostmuz, qardaşmız Mais müəllimi həmkarları, çalışdığı kollektivn nümayəndələri, əzizləri, doğmaları, yaxınları, dostları və onun pərəstişkarları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu edib deyirlər, Mais müəllim qoy yaşınızın üstə gələn bu yaşda sizə sevincdolu günlər bəxş etsin, hər yeni günüz, ötən günlərdən daha gözəl istəklərinizə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
70 illik ömür kitabını vərəqləsək görər ki, Mais Səlmanov sadəliyi, zəhətkeşıiyi,xeyirxahlığı,iradi və mənəvi keyfiyyətləri ilə onu tanyanların hörmətini və sevgisini qazanıb.
Zəhməti,bacarığı sayəsində əsl hörmətə və yüksək nufuza layıq olan mayor Mais Suleymanov həyatının 31 ildən çoxunu hərbi xidmətdə və hüquq mühafizə orqanlarında xidmətdə şərəflə kecirib.
Xidmət etdiyi və işlədiyi kollektivdə təvazökar, qayğıkeş və xeyirxah insan kimi tanınan Salmanov Mais Suleyman oğlu 1954- cü ilin may ayının 21 - də qədim Borcalının - indiki Gürcüstan Respubilkasının Bolnisi rayonunun Darvaz kəndində müəllim ailəsində anadan olub.
O,1971-ci Gürcüstan Respubilkası Bolnis rayonun Darvaz kənd orta məktəbi,1980-cı ildə isə Ufa şəhərində Daxili İşlər Nazirliyin milis məktəbini bitrib.
Hər zaman həyatda layıqlı yer tutmağa canatmış,yüksək uğurlar qazanmış,vətənpərvər Mais Suleyman oğlu Salmanov 1971- 1973-cü illərdə Bolnis rayonun Darvaz kəndindəki Telman adına kolxozda işləmiş, 1973-1975 -cü illərdə Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur.O,1975- 1978 cı illərdə Gürcüstan Respubilkasının Tiflis şəhərində yerləşən polis idarəsində polis nəfəri,1980- 1992-ci illərdə Daxili İşlər Nazirliyin Rustavi şəhərində yerləşən islah- əmək müəssisələrində dəstə rəisi, islah - əmək müəssisə rəisinin köməkcisi vəzifələrində işləyib.
1993- 2004-ci illərdə Azərbaycan Respubilkası Ədiliyyə Nazirliyinin islah-əmək müəssisələrində müəssisə rəisinin köməkcisi vəzifələrində Millətə,Dövlətə , Vətənə və Xalqa sədaqətlə xidmət edib.
Mais Salmanov Daxili işlər orqanında və cəzaçəkmə müəssisələrində xidmət etdiyi illər ərzində islah-əmək müəssisələrində daxili intizam qaydalarına əməl edilməsində, post- patrul xidməti vastəsi ilə şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin edilməsində, kütləvi tədbirlər keçirilərkən ictimai asayişin təmin olunmasında, yaşayış məntəqələrində və islah- əmək müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, mühafizədən qacmış şəxslərin axtarılmasında və tutulmasında üzərinə düşən vəzifələri tapşırıqları şərəf və məsuliyyət hissi ilə yerinə yetirmişdir.
Torpağına,xalqına və doğmalarına bağlı gözəl insan Mais Salmanov daxili işlər orqanlarında və islah-əmək müəssisələrində xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı zabit kimi göstərmişdir.Mais müəllim işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə, kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Mais müəllim, öz xidməti vəzifələrini, polis idarəsinin və iislah- əmək müəssisənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən qoruxmaz,insanpərvər,səxavətli,əliaçıq,vəfalı və zəhmətkeş zabit olub.
Əsil vətəndaşlıq mövqeyi ilə secilən ,ictimaiyyət
arasında öznə layıq hörmət qazanmış mayor Salmanov Mais Suleyman oğlu Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına,müvafiq nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə bir cox iş yoldaşları
üçün nümunə olmuşdur.
İstefada olan Mayor Salmanov Mais Suleyman oğlu xidməti vəzifələrini yerinə yetirərkən fəriqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə və digər xidmətlərinə görə bir sıra medallarla, əla xidmətlərə görə “əlacı” və yubiley döş nişanları ilə təltif edilib, bir çox fəxri fərmanlarla, qiymətli hədiyələrlə mükafatlandırılıb və ona təşəkkur elan edlib.
MAİS MÜƏLLİM!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ...
UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR.
BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ İLDİ " DEYƏRSƏN...
BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRƏ.
Dərin hörmətlə: Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkonik
Musayev
Salman Calal Oğlu
Hiç yorum yok:
Yorum Gönder