Mayor İradə Ismayılova-60:Şərəfli ömür yolu.




 İradə xanımın  60 illik  ömür yolu-onun həyata  və cəmiyyətə baxışının zirvə məqamıdır.
Hər kəs həyatda öz ömür paynı yaşayır.Xoşbəxt o insandır ki, adı,ünvanı el ,xidmət etdiyi və çalışdığı  kollektiv arasında  hörmətlə çəkilir,bircə dəfə verlən ömrü elə yaşayır ki, el sevgisi qazanır, xalqın istəklisinə çevrilir,hamı böyüklü-kicikli xətir-hörmətini saxlayır. Həmin insanların ömürlərindən çoxlarının ömrünə işıq düşür. Bir də ki, ömür o, vaxt  qiymətli və dəyərli  olur ki, o mənalı yaşanır. Həmin ömür insanlığa xidmətə yönəldilir. Belə şərəflu və mənalı  ömr yaşayan  insanlardan biridə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunlarının həyatında  öz dəst-xətti və xüsusi xidmətləri  olan, peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti,səmimiyyəti,vətənpərvərliyi,sadəliyi,dəqiqliyi,təmkinliyi, xeyirxahlığı, işgüzarlığı,yüksək intellektual səviyəsi,böyük, təşkilatçılıq bacarığı ,səmərəli fəaliyyəti, iradi və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün ən məhsuldar dövrünü Din-in Daxili Qoşunlarda keçirmiş, hal -hazırda  Emal Sənayesi üzrə Bakı Dövlət  Peşə Agentliyin Təhsil Mərkəzində  çalısan, dəyərli müharibə   veteranmız - istefada olan  mayor  İsmayılova  İradə Davud qızıdır. May ayının 28-də   onun  60 yaşı tam olur.  Ana Vətənin müstəqilliyi və ərazi bütövlüyü  uğrunda  düşmən qüvvələrinə qarşı mübarizədə bizimlə çiyin -çiyinə verib şərəfli zabit  ömurü yaşayan  İradə xanımı hamımız   qeyrətli vətəndaş, işgüzar  insan və qayğıkeş     bir ana kimi  tanıyırıq. Ö, harada   hansı vəzifədə  calışmasından asılı olmayaraq bütün  var qüvvəsini  Vətənimizin  xoş gələcəyinə həsr edibdir.
  Öz davranışı, təfəkkürü və dünya  görüşü ilə  digərlərindən fəriqlənən  mayor İsmayılova İradə  Davud qızı   1964 -ci il ilin  may ayının  28- də Bakı şəhərində anadan olub. Əslən Lerik rayonundandır. Atası Davud   uzun müddət  Daxili işlər orqanlarında peşəkar polis   zabiti kimi  xidmət edib. Qardaşı Emin 1992-ci ildə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub.  Belə  bir mötəbər ailədə  anadan olan  İradə xanım atasının şərəfli peşəsini uğurla davam  etdirmək arzusu ilə  yaşayıb və bu istəyi 1989  -cu ildə reyalaşdırıb.

   Mayor İradə Davud qızı İsmayılova  1981 -ci ildə  Bakı şəhərində  orta məktəbi, 1985 -ci ildə    Azərbaycan Politexnik İnstitutunu bitrib. Bu müttərəqqi arzusuna  uyğun olaraq   1989- 1991 -ci illərdə SSRİ Daxili İşlər Nazirliyi  Daxili Qoşunların Bakı şəhərində yerləşən diviziyanın  kadrlar və təşkilat kompekləşdirmə şöbələrində müvafiq vəzifələrdə calışıb. 1992- 2015 -ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların Bas İdarəsinin  Nərimanov və Xəzər rayonlarında yerləşən  alayın tərbiyə bölməsində baş təlimatcı, ali hərbi məktəbdə   müəllim , Daxili Qoşunların Bas İdarəsinin  Kadrlar və Şəxsi heyətlə  iş (mənəvi psixoloji hazırlıq)  şöbələrində  isə zabit  vəzifələrində Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib. İradə xanım, onun həyat yoldaşı  Akif  İsmayılov   gizir kimi,oğlu Tural  bir  zabit kimi    Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  iştirak edərək üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişlər və onlar müharibə veteranıdır.
   Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin  eləcə də   hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi  işində mayor  İradə İsmayılova  bir çox hərbi qulluqçulara  daimə  nümunə olmuşdur.

 Mayor İradə İsmayılova  Din -in  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox  təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma  kurslarında, hərbi və  xüsusi - taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak etməsi sayəsində  bu sahədə bilik və baçarıqlarını  maksimal təhkimləşdirib  və beləcə  İradə xanım Daxili Qoşunlarda özünu son dərəcə faydalı kadr olaraq təsdiq etmişdir.

İradə xanım Qanunvericiliklə  müəyyən olunmuş  qaydada  Daxili Qoşunlara həvalə olunmuş   vəzifə  və tapşırıqların   öhdəsindən layiqincə  gəlmişdir.Ona verlən tapşırıqları hər zaman vicdanla  icra etmişdir.
  
 Hərbi, iş və tələbə  yoldaşları İradə xanımı   vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsə də  dost -tanış , qohum- əqraba  arasında özünə böyük hörmət qazanıb.
     Öz vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə,  döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna  və səmərəli fəaliyyətinə  görə Daxili İşlər Nazirinin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  Ali Hərbi məktəb rəisinin , hərbi hissə komandirinin, şöbə (kafedera)  rəisinin müvafiq əmrləri ilə,  əla xidmətlərə görə  əlacı  və yubiley döş  nişanları ilə  təltif olunub, bir çox fəxri   fərmanlarla, qiymətli hədiyyələr ilə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Azərbaycan Respublikasının müstəqilliyinin,ərazi bütövlüyünün  qorunub saxlanmasında, respublikada əmin- amanlığın təmin edilməsində, ictimai  əsayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin  (Ali hərbi məktəbin) qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə aşağıdakı medallarla təltif olunub:
1. “Qüsursuz xidmətə görə”1-ci dərəcəli medal -Silahlı qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2. “ Qusursuz xidmətə görə” 2-ci  dərəcəli medal  - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə ;
3.”Qusursuz xidmətə görə” 3- cü dərəcəli medal- Silahlı Qüvvələrdə -10 təqvim ili xidmətə görə;
4. “ Azərbaycan Respubilkası Silahlı  Qüvvələrinin  10 illiyi  (1991- 2001) “ yubiley medalı ilə;
5. “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  90 -illiyi  (1918- 2008)”yubiley medalı ilə;
6. “Azərbaycan Respubilkası Silahlı  Qüvvələrinin 95 illiyi (1918- 2013 )” yubiley  medalı ilə.
    Vətənin qeyrətli qızı  İradə xanımı  60- illik yubiley günü münasibətilə Daxili İşlər Nazirliyi Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri,doğmaları,əzizləri, yaxınları və  iş yoldaşları  səmimi qəlbdən təbrik edir, ona  möhkəm cansağlığı,könül xoşbəxtliyi  və bütün işlərində  uğurlar arzulayırlar.
 

Atalar, xeyirlə şər qardaşdır -  deyiblər… 
22 may həm də İradə xanımın atasının dünyasını  dəyişməsinin  2-cu  il dönümüdür. Bu münasbətlə başnız  sağ olsun -deyib, İradə xanımın  kədərinə şərik olduğmuzu bildiririk.Allah rəhmət eləsin,  məkanı cənnət olsun.Amin!

  İradə Xanım 60 illik yubileyniz mübarək!

 Allah  sizə və ailənizə  bu dünyada bütün xoşbəxtliyi nəsib etsin.

Azərbaycan  Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı  
polkovnik Salman Musayev.



Hiç yorum yok:

Yorum Gönder

Pages