Bir gün dünyaya gələn insan bir gün də onu tərk edir.Bu iki gün arasındakı ömür payında onun gördüyü işlər,əməllər,dediyi sözlər,düşündüyü fikirlər,iştirak etdiyi hadisələr insanların xatirəsində qalır.Elə insanlar vardır ki, onlar haqqında xatirələr insanların qəlbinə təsir edir və göz yaşlarına səbəb olur.Belə insanlardan biridə Daxili işlər nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Naxcvan şəhərində yerləşən hərbi hissənin həyatında öz dəstt-xətti və xüsusi xidmətləri olan- mayor Əhməd Əhmədovdur. 2023-cü illin may ayının 1 -dən Əhməd aramızda yoxdur,
ədəbiyyata, haqq dünyasına qovuşub.Təəssuflər olsun ki.Vaxtilə doğmalarını,yaxın qohumlarını,dostlarını,iş yoldaşlarını,nəcib insanları xatırlayan Əhmədin indi öz xatırlanacaq,
şirin duzlu sözləri yada salnacaq.
Əhmədov Əhməd Paşa oğlu 1966 -ci ilin sentyabr ayının 1 -də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində zəhmətkeş ailədə anadan olub.
1974 -cü ildə Naxçıvan Muxtar Muxtar Respublikasının Naxçıvan şəhərində 6 nömrəli məktəbin birinci sinfinə getmiş, 1984 - cü ildə həmin məktəbi bitirdikdən sonra, 1984 - cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuş 1991- ci ildə həmin İnstitutu bitrib.
mayor Əhməd Əhmədov 1984 - 1986 -ci illərdə SSRİ Müdafiə Nazirliyinin Svastopol şəhərində yerləşən hərbi hissələrin birində müddətli həqiqi hərbi xidmətdə olub.
1991- 2017 - ci illərdə Naxçıvan şəhər Ticarət İdarəsində mühasib, Daxili işlər Nazirliyi Daxili Qoşunlarında isə taqım komandiri və xidmət rəisi vəzifələrində xidmət etmişdir.
Əhməd Əhmədov peşəkarlığı, humanistliyi,vətənpərvərliyi,xeyirxahlığı,
iradı və mənəvi keyfiyyəti ilə seçilən ömrünün ən məhsuldar dövrünün 27 illk şərəfli xidməti yolununin dörd ilini Naxçıvan şəhər Ticarət İdarəsində, iyrimi üc ilini isə hərbı xidmətdə keçirmiş Millətə, Vətənə, Dövlətə, Xalqa sədaqətlə xidmət etmişdir.
Əhmədov Əhməd Paşa oğlu oğlu Daxili Qoşunların Baş İdarəsinin Naxçıvan şəhərində yerləşən əlahiddə hərbi hissəsində xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, hərbi və daxili qoşunlarlnın döyüş xidməti nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə bütun şəxsi heyət ücün nümnə olmuşdur.
Əhməd Əhmədov Daxili Qoşunlara və xidmət etdiyi hərbi hissəyə həvala edilmis vəzifələrin yerinə yetirilməsində, ictimai təhlükəsizliyin təmin edilməsində və qorunmasında iştirakı zamanı üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Mayor Əhməd Əhmədov xidməti vəzifələrin yerinə yetirilməsi zamanı xüsusi fəriqləndiyinə görə Daxili İşlər Nazirinin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirinin və xidmət etdiyi hərbi hissənin komandirinin müvafıq əmrləri ilə əla xidmətlərə görə əlacı döş və yubiley nisanları ilə, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağdakı medallarla təltif edilib:
1.”Qusursuz xidmətə görə” 1- ci dərəcəli medala- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.”Qusursuz xidmətə görə” 2 -ci dərəcəli medal- Silahlı Qüvvələrdə 15 təqvim ili xudmətə görə;
3.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medala-Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Azərbaycan Respubilkası Silahlı
Qüvvələrinin 10 illiyi ( 1991-2001)” medala;
5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” medala;
6.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” medala.
Allah rəhmət eləsin!
Məkanı cənnət olsun.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və müharibə veteranı polkovnik Salman Musayev.
Hiç yorum yok:
Yorum Gönder