Kollecə qəbul olunanların hansı hallarda hərbi xidmətdən möhlət hüququ var?



Kollecə qəbul olmuş şəxslərin hərbi xidmətdən möhlət hüququnun olub-olmaması ilə bağlı tez-tez suallar verilir.

Bakmiltv.info xəbər verir ki, vəkil Tural Abdullazadə mövzuya aydınlıq gətirib.

O deyib ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunun 21-ci maddəsinə əsasən, orta ixtisas təhsil müəssisələrində təhsil alan və bu müəssisələrə daxil olanadək tam orta təhsil almamış 22 yaşadək çağırışçılara müddətli həqiqi hərbi xidmətdə çağırışdan başa vurmuş şəxslərə hərbi xidmətə çağırışdan möhlət verilir.

"Sadə dildə desək, 11-ci sinifi bitirdikdən sonra kollecə daxil olmusunuzsa, sizə hərbi xidmətdən möhlət verilməyəcək. Orta ixtisas təhsili müəssisəsinə, yəni kollecə 9 illik təhsil bazasından qəbul olmusunuzsa, sizə 22 yaşınadək hərbi xidmətdən möhlət hüququ verilir", - deyə vəkil qeyd edib.

Hiç yorum yok:

Yorum Gönder

Pages