May ayının 11-dən 30-na qədər kollec məzunları sənədlərini təqdim etməklə ali məktəblərə imtahansız qəbul ola biləcəklər.
Hit.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, hansı ildə daxil olmağından asılı olmayaraq, kollec məzunları öz ixtisaslarına və ballarına uyğun gələn yerlər üzrə təhsil ala bilərlər:
"İxtisas seçimində diqqətli olmaq lazımdır. Tutaq ki, kompüter biliklərini qurtaran subbakalavr gedib tarix üzrə ali təhsil ala bilməz. Əgər seçim etdiyi ali məktəbdə boş yer qalıbsa , ali məktəbə qəbul imkanı var. Hamı qəbul ola bilər , deyə qayda yoxdur. Yer yoxdursa, qəbul olmaya da bilərlər. Təhsil mütləq şəkildə pullu olur və 4 il davam edir. Qeyd edim ki, qiyabi təhsil almaq istəyənlər daha çox bala sahib olmalıdırlar. İxtisas seçimi avqust ayında başlayacaq".
Hiç yorum yok:
Yorum Gönder