Delimitasiya və demarkasiya prosesi nəticəsində Azərbaycanla sərhəd olan Kirants (Güney) kəndində əkin sahələrinə gedən yol Azərbaycanın nəzarətinə keçib.
Bakmiltv.info xəbər verir ki, bu barədə kənd sakinləri bildiriblər.
“Delimitasiyadan sonra əkin sahələrinə aparan yol da Azərbaycanın nəzarətinə keçdi. İnsanlar bu barədə danışmırlar. Həmin əkin sahələrinə 30 hektara yaxın taxıl səpilir”, – deyə sakinlər vurğulayıblar.
Hiç yorum yok:
Yorum Gönder