Daxili Qoşunların komandanlığı,Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri- istefafa olan
Mayor Adıgözəlov Saleh Xankişi oğlunun may ayının 3- də vəfat etməsi ilə əlaqədar ailəsinə, doğmalarına, yaxınlarna dərin hüzünlə başsağlığı verir.
Adıgözəlov Saleh Xankişi oğlu 1964 -ci ilin yanvar ayının 6 -da Azərbaycan Respublikasının Lənkaran rayonun Liman şəhərində (əvəlki adı port-iliç) zəhmətkeş ailədə anadan olmuşdur.
1981 -ci ildə Lənkaran rayonun Liman (əvvəlki adı port-iliç) şəhər orta məktəbi bitirdikdən sonra, 1981 - cü ildə Azərbaycan Poltexnik İnstitutuna daxil olmuş 1985- ci ildə həmin İnstitutu bitrmişdir.O,Daxili xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində, hərbi hissələrində və təlim-tədris mərkəzində keçirlən bir çox təlim – metodiki toplanışlarda, hərbi və xüsusi taktiki təlimlərdə, ixtisasartırma kurslarda fəal iştirak etmişdir.
mayor Saleh Adıgözəlov 1993-cü ilə kimi, Dövlət Sərhəd Qoşunlarında müxtəlif vəzifələrdə çalışmışdır.
1994- 2005-ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Lənkaran rayonunda yerləşən hərbi hissədə qərargah rəisinin xidmət üzrə müavini, Daxili Qoşunların Baş İdarəsinin kəşfiyyat şöbəsində isə zabit vəzifələrində Millətə,Dövlətə,Vətənə və Xalqa sədaqətlə xidmət etmişdir.
Adıgözəlov Saleh Xankişi oğlu Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinə və vəzifə borcuna əməl etməkdə bütun şəxsi heyət ücün nümnə olmuşdur.
Saleh Xankişi oğlu Adıgözəlov Qanunverciliklə müəyyən olunmuş qaydada, Daxili Qoşunlara və xidmət etdiyi hərbi hissəyə həvala edilmis vəzifələrin yerinə yetirilməsində,dövlət əhmiyyətli obyektlərin, inzibatı binaların, hərbi təchizat anbarların və hərbi şəhərciyin mühafizə olunmasında, şəhərdə, yaşayış məntəqələrində, və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində və qorumasında, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında,cinəyatkarlığa qarşı mübarizədə, qəzalar,bədbəxt hadisələr,yanğınlar,təbii fəlakətlər və başqa fövqalədə vəziyyət (hərbi və komendant saatı) zamanı hüquqi rejimin təmin olunmasında eləcə də dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşmışdır.
Mayor Saleh Adıgözəlov xidməti vəzifələrin yerinə yetirilməsi zamanı xüsusi fəriqləndiyinə görə Daxili İşlər Nazirinin, Dövlət Sərhəd Qoşunlar komandanın, Daxili işlər nazirinin müavini- Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafıq əmrləri ilə əla xidmətlərə görə medallarla, əlacı və yubiley döş nisanları ilə, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib.
Allah rəhmət eləsin!
Məkanı cənnət olsun.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder