Türkiyə Superliqasının 35-ci turunda öz meydanında “Çaykur Rizespor”la qarşılaşan “Beşiktaş” son saniyələrdə vurduğu qolla qalib gəlib.
Hesabı 5-ci dəqiqədə qonaqlar açıb, lakin iki dəqiqə sonra qapılarında top görüblər.
İkinci hissədə “qara qartallar” önə çıxsalar da, üç dəqiqə sonra qonaqlar hesabı bərabərləşdiriblər. Nəhayət 90+7-ci dəqiqədə İstanbul klubu qələbə topunu vurmağı bacarıb.
Bu nəticədən sonra “Beşiktaş” xalını 54-ə yüksəldərək 4-cü pillədə qalıb. “Çaykur Rizespor” isə 49 xalla 8-cidir.
Hiç yorum yok:
Yorum Gönder