İranın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endirildi





İranın Azərbaycandakı səfirliyində bayraqlar yarıya qədər endirilib.

Bakmiltv.info xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.

Həmçinin, qəza zamanı helikopterdə İranın dörd yüksəkrütbəli dövlət rəsmisi də olub

Bunlar İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rəhməti və Təbrizin imam cüməsi Məhəmmədəli Al-Haşimdir

Hiç yorum yok:

Yorum Gönder

Pages