Həmin gün tədbirdə Senebi kənd ziyalıları, əslən Senebi kəndindən olan hal-hazırda Rustavi, Tbilisi şəhərlərində, Qardabani və Marneuli rayonlarında yaşayan zəhmətkeş həmyerlərmiz iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Gürcüstanın suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların, şəhidlərin, eləcə də kəndin dünyasını dəyişmiş insanlarının (baba, nənələrin, ata-anaların, qardaş və bacıların) əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Əlamətdar gün münasibətilə cıxış edənlər Senebi kəndinin adət -ənənələrindən, həyat və fəalyətindən söhbət acaraq öz təbriklərini və xoş arzularını bildirmişlər.
Tədbirin sonunda Senebi kəndi gününə həsir olunmuş bayram süfrəsi açılmış və şənlik tədbiri həyata keçirilmişdir.
SENEBİ sakini RUSLAN NİZAM OĞLU HACIYEV
Hiç yorum yok:
Yorum Gönder