Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi Firuddin Hacıyev dəfn edildi



Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Firuddin Nadir oğlu Hacıyevlə Göyçay rayonunun İnçə kəndində keçirilən vida mərasimi başa çatıb.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi İnçə kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Firuddin Nadir oğlu Hacıyev 1972-ci il iyulun 18-də Göyçay rayonunun İnçə kəndində anadan olub. O, 1994-cü il aprelin 14-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

Hiç yorum yok:

Yorum Gönder

Pages