Regionlarda işsizlik problemi necə həll olunsun? Regionlardan çörəkpulu üçün Bakıya axının qarşısı necə alınsın? Bu məsələyə aydınlıq gətirmək üçün Azreform.info Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyevə müraciət edib.
Fuad Əliyevin sözlərinə görə, regionlarda iş yerlərinin sayının az olması Bakıya axının əsas səbəblərindən biridir:
“Hesab edirəm ki, bu məsələni ciddi araşdırmaq lazımdır. Ümumi problem işsizlikdir, amma hər bir regionun, rayonun özünə görə məxsus problemləri var. Ona görə də açılan sənaye-istehsalat müəssisələrin, şirkətlər həmin regionlara uyğun olmalıdır, bazar təlabatına uyğun açılmalıdir. Regionlarda iş yerlər açılmalıdır ki, xüsusilə gənclər üçün cəlbedici olmalıdır. Bakıya universitetlərdə oxumağa gələn gənclər, öz regionlarda işləmək üçün maraqlı olmalıdırlar”.
Fuad Əliyev hesab edir ki, regionlarda işçilərin aldığı maaşlar da fərqlənməlidir:
“Dövlət regionlarda iş yerlərin açılması ilə bərabər, işçiləri stimullaşdırmalıdır. Misal üçün, rayonlarda işləyən müəllim və həkimlərin maaşları Bakıda işləyən müəllim və həkimlərin aldığı maaşlardan aşağıdır. Eynilə də digər sahələrdə. Kiçik və orta biznesin fəaliyyəti üçün geniş imkanlar yaradılmalıdır. Böyük şirkətlər, müəssisələr regionlarda öz filialların açılmasında da maraqlı olmalıdırlar. Bunun üçün, bəlkə də üç, ya da beş il ərzində müəyyən vergilərdən azad olunmalıdırlar. Fikrimcə, bunlar həyata keçsə, regionlarda sosial problemlərin böyük bir hissəsi həll olunacaq”.
Hiç yorum yok:
Yorum Gönder