Elsevər Kərimovu dövlət məmuru müdafiə edir?



Kəlbəcər rayonunun Milli kənd sakini Elsevər Qəhrəman oğlu Kərimov I Vətən müharibəsinin iştirakçısıdır. Dediyinə görə qanlı döyüşlərdən birində yaralanıb, müharibə əlilidir. Mən Elsevərlə milli vətənpərvərlik ruhunda təşkil edilən tədbirlərdən birində tanış olmuşam. O, məcburi köçkünlük həyatını əsasən Göygöl, Gəncə və Bərdə şəhərlərində yaşayıb. 
Bu yaxınlarda Ağdam rayonunun Zəngişalı kənd sakini, orta təhsil müəssisələrindən birində müəllimə işləyən Nərgiz Həbib qızı İmanova mənə zəng vurub dedi ki, Elsevər ona 13.000(on üç min) manat pul borcludur. Nərgiz müəllimənin söylədiklərindən sonra narahat oldum. Səmimi söyləyim, son vaxtlar insanların bir-birlərinə olan biganə münasibətləri onsuz da içimizi yandırır. Bir tərəfdən də müharibənin od-alovundan keçmiş bəzi şəxslərin hədyanlıq etməsi də bizi üzür. Etiraf edim ki, Elsevərin yaxşı cəhətlərinin, odlu-alovlu çıxışlarının şahidi olmuşam.Bu şəxsə hörmətim var. Ancaq, fakt faktlığında qalır. Nərgiz müəllimə söylədi ki, Elsevər Ağdam rayonunun Zəngişalı kəndində yaşayan Vasif Rafil oğlu Paşayevə 3.000 (üç min) AZN, Əfətli kənd sakini Bağırova Arifə Sərxan qızına 3.000(üç min) AZN, Mingəçevir şəhər sakini Həbibzadə Azər Ataxan oğluna 5.000 (beş min) AZN məbləğində ziyan vurub. Ağdam rayon Polis İdarəsində AR CM-nin 178.2.2.-ci maddəsi ilə (Dələduzluq maddəsi) istintaq aparılır. E.Kərimov barəsində “polisin nəzarəti altına vermə” qəti imkan tədbiri seçilib. Məni ən çox narahat edən Elsevər bəyin Kəlbəcər rayonunun sevilən və seçilən şəxsləri-Cavid və İlqar Qurbanovların adından sui-istifadə etməsidir. Belə ki, Nərgiz İmanovanın kredit müqaviləsi əsasında kənd təsərrüfatında istifadə olunması üçün traktor alan sabiq döyüşçü həmin məbləğin ailə başçısını itirən bu xanıma qaytarılmaması üçün min bir oyundan çıxır.
Qeyd: Biz, Elsevər bəyin də fikrini dərc etməyə hazırıq.
Şamil Sabiroğlu, jurnalist.
08.05.2024


Hiç yorum yok:

Yorum Gönder

Pages