Eldar Əsgər oğlu Ağayev 1955-ci il sentyabr ayının 29-da Tbilisi şəhərində hərbçi ailəsində anadan olub. Sonralar ailəsi ilə Bakıya köçüb, 1962-ci ildə 20 nömrəli orta məktəbə gedib, sonra təhsilini 134 nömrəli məktəbdə davam etdirib. 1972-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olub, 1976-cı ildə motoatıcı ixtisası ilə Qusev şəhərində hərbi xidmətə başlayıb. 1978-ci ildə Kamçatka yarımadasında, 1981-1984-cü illərdə Amur vilayətinin Obluçye şəhərində motoatıcı bölüyünün komandiri olub. 1984-1986-cı illərdə Əfqanıstanda motoatıcı bölüyün kəşfiyyat rəisi, sonra isə komandiri olub. Bacarıqlı komandir olduğunu görən rəhbərlik onu əvvəlcə tank alayınının rəisi, sonra isə Drezden kəşfiyyat taboruna komandir təyin edib. Ermənilər torpaqlarımıza hücum edən zaman Eldar Vətənə qayıdıb və 1992-ci ildə Milli Ordunun tərkibində “N” saylı alayını yaradıb. Daha sonra ikinci taboru yaradıb və ona komandirlik edib. Onun komandirlik etdiyi tabor dəfələrlə qaynar döyüşlərə atılıb və onlarla erməni quldurunu məhv edib. Eldarın yaratdığı tabor 1995-ci ildə Bakıda dövlət çevrilişinin qarşısının alınmasında da iştirak edib. Bu taborun 18 əsgər və zabiti “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. 1997-ci ildən 2000-ci ilədək Azərbaycan Politexnik İnstitutunda hərbi kafedranın rəisi olub. 2000-2001-ci illərdə isə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin kəşfiyyat kafedrasının rəisi vəzifəsində çalışıb. Sovetlər birliyi zamanı “Qırmızı Ulduz”, “İgidliyə görə” ordenləri ilə, Qarabağ döyüşlərində iştirak etdiyi üçün “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 aprel tarixli Fərmanı ilə Eldar Əsgər oğlu Ağayev “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb. Eldar Əsgər oğlu Ağayev 2013-cü il may ayının 17-də vəfat edib.



Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının sədr müavini professor Raya Nəcəfova dələduzluqda və vəzifəli şəxsin səlahiyyətini mənimsəməkdə ittiham olunur.

“Qafqazinfo”nun məlumatına görə, R.Nəcəfova zərərçəkmişləri Mədəniyyət Nazirliyi, Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi və digər qurumlara işə düzəltmək adı ilə aldadıb, onların pullarını ələ keçirib.

İş üzrə 11 nəfər - Niftəliyeva Aynur, Allahverdiyeva Natəvan, Fəttahova Arzu, Hacıməmmədov Əmin, İsayeva Ceyran, Yusifov Tural, Musayeva Gülər, Qayıbova Sevinc, Nəcəfova Pərvanə, Qurbanova Lətafət, Səfərov Vəli zərərçəkmiş qismində tanınıb.

Məlumat üçün deyək ki, 64 yaşlı R.Nəcəfova həm də Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçidir.

Cinayət işi Yasamal Rayon Məhkəməsində araşdırılır. İttihamda deyilir ki, R.Nəcəfova zərərçəkmişlərdən bəziləri ilə ekologiya və təbii sərvətlər nazirinin sabiq müavini Firdovsi Əliyevin adından danışıb. Söhbət zamanı özünü onun köməkçisi kimi təqdim edib.

Xanım müttəhim özü isə ittihamları qəbul etmir, təqsirsiz olduğunu deyir. O, ifadəsində bildirib ki, zərərçəkmiş Sevinc Qayıbovanın aldadılmasında onun deyil, Xanlar Nəsirovun günahı var. Onun sözlərinə görə, əvvəllər Azərbaycan Beynəlxalq Universitetinin prorektoru olmuş X.Nəsirov tanışları vasitəsilə S.Qayıbovanı nazirliklərdən birinə işə düzəldəcəyini deyib. Ondan alınmış pul da Nəsirova çatıb. X.Nəsirov özü isə R.Nəcəfovanın yalan danışdığını bildirib.

R.Nəcəfova qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3 (qulluq mövqeyindən istifadə etməkdə təkrar dələduzluq), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan edilib, barəsində məhkəmə istintaqı dövrü müddətində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Raya Nəcəfova deputat Ülvi Quliyevin qudasıdır. O, əvvəllər Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının direktoru olub.

Sail Ağasəlim

Hiç yorum yok:

Yorum Gönder

Pages