Cənnətdəki doğum günün mübarək şəhid Fərid Ərəstun oğlu Əsgərov



Şəhid Əsgərov Fərid Ərəstun oğlu 1996 -cı ilin may ayının 21-də Neftçala rayonunun Qaçaqkənd kəndində  hərbçi ailəsində anadan olmuşdur.Atası Ərəstun Əsgərov Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hacqabul və Zakatala rayonlarında, Şəki və Lenkaran şəhərlərində yerləşən hərbi hissələrində, Azərbaycan Respubilkasının Xüsusi Dövlət Mühafizə Xidmətində müxtəlif   (zabit və baş zabit  rütbəsi) vəzifələrində Millətə, Vətənə , Dövlətə və Xalqa sədaqətlə xidmət edib.Müharibə veteranıdır.
Şəhid Fərid Əsgərov 2002-ci ildə Şəki şəhər 11 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2007-ci ildə Lənkəran şəhər 6 saylı liseydə 6-cı sinfə başlamış və 2012-ci ildə həmin liseyin məzunu olmuşdur. 2013-cü ildə Lənkəran Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisasına daxil olaraq təhsilini davam etdirmişdir. Fərid 2017-ci ildə Lənkəran Dövlət Universitetinin məzunu olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Bakı şəhərində mühafizə idarəsində işləmişdir.
Fərid Əsgərov 2017-ci ildə Neftçala Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. 1917-1918 ci illərdə Azərbaycan Ordusunun Beyləqan rayonunda yerləşən  hərbi hissələrinin burində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 
2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində  Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Fərid Əsgərov Qubadlı rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalmışdır. Fərid Əsgərov 04 noyabr 2020-ci il tarixində Neftçala rayonu Qaçaqkənd kənd qəbirstanlığında dəfn olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Əsgərov Fərid Ərəstun oğlu ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Cəsur döyüşçü" medalı ilə, 24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə və 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib. 
Hal- hazırda haqq dünyasında olan şəhid Əsgərov  Fərid Ərəstun oğlunun əziz ruhu onu tanıyanlar tərəfindən, daimi  hörmətlə xatırlanır və yad edilir.Belə qəhraman oğulları ilə tanınır Vətən.!
 Şəhid Fərid  Ərəstun oğlu cənnətdəki yaşın mübarək olsun!
Allah sənə rəhmət eləsin.
Ruhun şad məkanın cənnət olsun.
Azərbaycan Respubilkası  Silahlı Qüvvələr və Müharibə Veteranı Polkovnik Salman Musayev



Hiç yorum yok:

Yorum Gönder

Pages