Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür




Azərbaycan Respubilkasının  Silahlı  Qüvvələr və Müharibə   Veteranı  polkovnik Salman Musayev 


1 iyun bütün dünyada  -Uşaqların  Beynəlxalq Müdafəsi Günüdür.
Uşaqlar bizimi sabahımız, gələcəyimizdir. Ulu Öndər Heydər Əliyev deyirdi: "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır". Əlbəttə ki, hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Sağlam cəmiyyətdə gələcəyimizin sağlam övladları böyüyür və tərbiyə alır.Bu gün bütün dünya Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edir. Bunun yarım əsrdən artıq tarixi var. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib. Elə həmin tədbirdə də, 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. BMT-də Uşaq Hüquqlarına dair Konvensiya qəbul edilib və Uşaq Hüquqları Konvensiyası - BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqların Konvensiya ilə müəyyən edilmiş hüquqlarını təmin edir.
Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da bu gün qeyd edilir. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir. Ölkəmizdə müasir uşaqların problemlərinin həlli, onların hüquqlarının qorunması kimi məsələlərin zəruriliyini nəzərə alaraq, əlverişli mənəvi və sosial mühitin yaranması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Uşaqların qayğısına qalaraq intellekti yüksək olan, savadlı nəslin yetişməsinə tələb olunan şəraitin yaradılmasına önəm verilir.
UĞURLU DÖVLƏT PROQRAMLARI VƏ LAYİHƏLƏR
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə, Azərbaycan müstəqillik dövründə, uşaq hüquqlarının qorunması və cəmiyyətimizin bu sahədə maarifləndirilməsi sahəsində çoxsaylı layihə və proqramlar həyata keçirib. 2002-ci ildə Azərbaycan qeyd olunan Konvensiyanın iki əlavə protokoluna qoşulub. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il avqustun 24-də "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun təsdiqi ilə bağlı imzaladığı Fərmanı uşaqların hüquq bərabərliyi, vicdan, söz və məlumat azadlığı, yaşamaq və inkişaf etmək, tərbiyə almaq, şərəf və ləyaqətinin müdafiəsi hüquqlarının təmin olunmasında böyük əhəmiyyətə malikdir. Bu sənəd cəmiyyətdə uşaqların müdafiəsinə və onların inkişafına xüsusi təkan oldu.
Ulu Öndər Heydər Əliyevin ideyaları əsas götürülərək, müasir dövrdə uşaq və gənclərin vətəndaşlıq, vətənpərvərlik və mənəvi-əxlaqi tərbiyə sisteminin hüquqi əsası formalaşdırılmış və normativ mənbə kimi bir sıra proqramlar qəbul edilmişdir. Uşaq siyasətinə xüsusi diqqət yetirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu sahədə bir sıra uğurlu dövlət proqramları və layihələr reallaşır. Uşaq siyasəti ilə bağlı Prezident İlham Əliyevin Fərmanı ilə "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası" təsdiq edilib. Qaydalar uşaq sahəsində nəzarətin gücləndirilməsi, müvafiq dövlət orqanlarının uşaq sahəsində fəaliyyətinin əlaqələndirilməsi baxımından, xüsusi əhəmiyyətə malikdir. Dövlət başçısının Sərəncamına əsasən, "Azərbaycan Respublikasında dövlət-uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" ölkəmizdə uşaqlara dövlət səviyyəsində göstərilən diqqətin daha bir nümunəsi idi.
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti" Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.7-ci maddəsinə uyğun olaraq, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətinin təşkilini və həyata keçirilməsini tənzimləmiş oldu. Dövlət nəzarətinin məqsədi uşaqların Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühit yaradılması idi. Eyni zamanda, uşaq hüquqlarının pozulmasına səbəb olan halların qarşısının alınmasında əhəmiyyətli bir sənəddir.
"HƏR UŞAĞIN AİLƏYƏ EHTİYACI VAR"
Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Belə ki, fond xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olan uşaqlara diqqət və qayğı ilə yanaşır. Fondun prezidenti Mehriban xanım Əliyevanın "Hər uşağın ailəyə ehtiyacı var" layihəsi uşaqların ailə mühitində tərbiyə almasında əhəmiyyətlidir. Mehriban xanım Əliyeva deyirdi: "Biz çalışırıq ki, bu uşaqlarla daim ünsiyyət quraq, onların problemləri ilə maraqlanaq, onlara diqqət və məhəbbət göstərək. Mən çox şadam ki, fondun bu təşəbbüsü bu gün həm təşkilatlar tərəfindən, həm də ayrı-ayrı insanlar tərəfindən çox geniş şəkildə dəstəklənir. Bu gün Azərbaycanda ən yüksək standartlara cavab verən uşaq evləri və internat məktəbləri fəaliyyət göstərir. Burada yüksək peşəkarlığa malik insanlar çalışır. Amma həqiqət ondan ibarətdir ki, ən yaxşı uşaq evi, ən müasir internat məktəbi ailə mühitini, ailə tərbiyəsini, valideyn məhəbbətini əvəz edə bilməz". Ölkəmizdə uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir. Fondun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", "Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi" layihələri, məhz uşaqların fiziki və mənəvi sağlamlığı, yetkin bir şəkildə formalaşması istiqamətində həyata keçirilir. Fond tərəfindən "Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı" çərçivəsində aparılan əsaslı təmir və yenidənqurma işləri cəmiyyətdə əks-səda yaradıb.
BU GÜNÜN UŞAQLARI SABAHIN APARICI QÜVVƏLƏRİDİR
Bu gün uşaq və gənclərin mənəvi və əxlaqi, vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi üçün bütün tədbirlər həyata keçirilir. Bundan başqa, onlarda milli mədəniyyətimizə maraq, ümumbəşəri və milli dəyərlərin mənimsənilməsinə olan tələbat, bədii zövq və incəsənətə meyil, cəmiyyət həyatında iştirakın formalaşmasına hərtərəfli yardım göstərilir. Təhsil müəssisələrində uşaq və gənclərin istirahəti və asudə vaxtlarının təşkilinə diqqət artırılmışdır. Peşə seçimi, iqtisadi və əmək tərbiyəsi onlarda bir sıra amillərin formalaşmasına səbəb olmuşdur. Sosial və iqtisadi mədəniyyət, əməyin şəxsi və ictimai əhəmiyyətinin dərk edilməsi, uşağın bu prosesdə iştirakı və şəraitə uyğunlaşmaq bacarığı, yaradıcı praktik düşüncə, təhsil və peşəkarlıq dəyərlərinə maraq və s. problemlərin uğurlu həlli bütün cəmiyyətin həyat fəaliyyəti və onların sonrakı mütərəqqi inkişafından asılıdır.
Bütün bunlar, onu deməyə əsas verir ki, Azərbaycan gələcəyin qurucusu olacaq uşaqların sabahı üçün böyük tədbirlər görür və dünyanın işıqlı sabahını təmin edir. Bugünün uşaqları sabahın əsgərləri, müstəqil dövlətimizin aparıcı qüvvələridir.


Hiç yorum yok:

Yorum Gönder

Pages