Şəhidimiz Vətən müharibəsi başlayanda böyük ruh yüksəkliyi ilə ön cəbhəyə yollanmışdır. Ağdam və Cəbrayıl istiqamətlərində döyüşmüşdür.
Zəngilan rayonu ərazisində İran İslam Respublikası ilə dövlət sərhədinin işğaldan azad edilməsində iştirak edərək, düşmənə qarşı amansızlıq göstərmişdir.
Oktyabrın 22-də Zəngilan rayonun Sığırt yüksəkliyinin azad edilməsi uğrunda gedən döyüş zamanı Rəvan bölüyü ilə birlikdə düşmən pusqusuna düşmüşdür. O, yoldaşlarının pusqudan çıxmasına şərait yaratmış, özü isə qəhrəmancasına şəhid olmuşdur.
Hiç yorum yok:
Yorum Gönder