Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin doğum günüdür.
İlqar Anzor oğlu Mirzəyev 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani şəhərində anadan olub. O, 1980-1990-cı illərdə Qardabani şəhərində orta məktəbdə təhsil alıb.
Birinci Qarabağ müharibəsinin yeni-yeni alovlandığı 1991-ci ildə İ.Mirzəyev sənədlərini Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) verib və avqustun 1-də Bakı Ali Birləşmiş Komandalıq Məktəbinə (BABKM) qəbul olub. 1995-ci ildə oranı "Motoatıcı" ixtisası üzrə bitirib.
O, 1995-ci il iyunun 17-dən 1995-ci il noyabrın 12-nə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin kursantlar tağımının komandiri, 1995-ci il iyunun 12-dən 1997-ci il martın 3-nə qədər isə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin tank artilleriya kursantları tağımının komandiri vəzifəsində, 1997-ci il martın 3-dən 1998-ci il yavarın 20-nə qədər Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin kursantlar taborunun kursantlar bölüyünün tağım komandiri, 1998-ci il yanvarın 20-dən 1998-ci il noyabrın 11-nə qədər isə Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin kursantlar taborunun kursantlar bölüyünün komandiri vəzifəsində xidmət edib.
Hiç yorum yok:
Yorum Gönder