Bu gün Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayevin doğum günüdür



Maşallah Abdullayev 27 may 1950-ci ildə Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olub. Valideynləri Qərbi Azərbaycanın Dərələyəz mahalındandır. Səkkizinci sinfə qədər Goranboy şəhər 1 nömrəli orta məktəbdə təhsil alıb.1969-1971-ci illərdə hərbi xidmətdə olub. Bir müddət Azneft birliyinin Neft Daşlarında işləyib. 1975-ci ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna daxil olub. Buranı bitirdikdən sonra təyinatla Goranboya, vaxtilə təhsil aldığı 1 nömrəli orta məktəbdə işləməyə göndərilib. Birinci Qarabağ Müharibəsi başlayanda könüllülərdən ibarət dəstə yaradaraq döyüşlərdə iştirak edib. Ağcakənd də daxil olmaqla, neçə-neçə kəndin erməni işğalçılarından azad edilməsində böyük xidmətləri olub.

1992-ci ildə Maşallah Abdullayevə daha bir çətin və məsuliyyətli vəzifə etibar edilib. O, Respublika Müdafiə Nazirliyi nəzdində briqada komandirinin müavini vəzifəsinə təyin olunub. Həmin briqada Tərtər, Goranboy və Yevlax ərazilərinə nəzarət edib. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində bu briqadanın əvəzsiz rolu olub. Mayor rütbəsinə yüksələn Maşallah Abdullayev 1992-1993-cü illərdə Goranboy rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışıb. 1992-ci ildə Maşallah Abdullayev Respublika Müdafiə Nazirliyi nəzdində briqada komandirinin müavini vəzifəsinə təyin olunub. Həmin briqada Tərtər, Goranboy və Yevlax ərazilərinə nəzarət edib. Goranboy və Ağdərənin erməni işğalçılarından təmizlənməsində bu briqadanın əvəzsiz rolu olub. Mayor rütbəsinəcən yüksələn Maşallah Abdullayev 1992-ci ilin avqustundan 1993-cü ilin iyul ayınadək Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Hazırda öz şəxsi təsərrüfatı ilə məşğuldur. İgidliyə görə general M.Əsədov adına mükafata layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı Fərmanı ilə Maşallah Babakişi oğlu Abdullayevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Hiç yorum yok:

Yorum Gönder

Pages