Bu gün Azərbaycanın Milli Qəhrəmanı Elşad Məmmədhənifə oğlu Yəhyayevin ad günüdür



Yəhyayev Elşad Məmmədhənifə oğlu - 5 may 1966-cı ildə Azərbaycanın  dilbər güşələrindən  olan qədim  Şəki şəhərində anadan olub. 1973-cü ildə Şəkidəki 12 saylı məktəbə gedən Elşadın ailəsi 1977-ci ildə Bakıya köçür. 1983-cü ildən o, təhsilini Xətai rayonundakı 56 saylı orta məktəbdə davam etdirir
 1984-86-cı illərdə hərbi xidmətdə olan Yəhyayev Elşad Məmmədhənifə oğlu 1987-ci ildə Dizerjinski adına  Qırmızı Bayraqlı  SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunların Saratov Ali Hərbi Komandirlər Məktəbinə daxil olur.Ali hərbi  Məktəbi bitirdikdən sonra təynatla  Daxili Qoşunların Alma-Ata  şəhərində yerləşən  hərbi hissələrin birində  taqım komandiri vəzifəsində calışır.Vətənin dar  və narahat günlərində Elşad  yzaq və yad bir diyarda  xidmətini  rahadça  davam  edirə bilməzdi.Bir necə müddətdən sonra Elşad  Yəhyayev respubilkamıza  dönür. qayıdır. Bu zaman artıq Qarabağ müharibəsi başlamışdı. Elşad könüllü olaraq Daxili İşlər Nazirliyinə müraciət edir və onu Daxili Qoşunların “N” saylı hissəyə taqım komandiri təyin edilir.O Daxili Qoşunlarda taqım və bölük komandiri vəzifələrində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə  üzərinə düşən vəzifə və tapşırıqları layiqincə yerinə yetirir. 

Cəsur komandir Sırxavənd, Naxçıvanik, Papravənd kəndlərində gedən döyüşlərdə iştirak edir. Ermənilərlə öz sücaətini göstərən döyüşçü xeyli qulduru məhv edir.
Naxçıvanik kəndində qaynar döyüşlər gedirdi. Ermənilər ağır itki verdilər və geri çəkildilər. Elşad bu döyüşdə xeyli düşməni məhv etdi.

20 iyun 1992-ci il tarixində baş verən döyüşlərdə o, snayper gülləsinə tuş gəlir və qəhrəmancasına şəhid oldu.

Subay idi.

Azərbaycan Resbublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Yəhyayev Elşad Məmmədhənifə oğluna ölümündən sonra “Azərbaycan Milli Qəhrəmanı” adı verilib.

Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub. Şəki rayonundakı 12 saylı orta məktəb qəhrəmanımızın adını daşıyır.

Bakı şəhərindəki 56 saylı orta məktəb də isə onun büstü qoyulub.
Allah rəhmət eləsin, məkanı cənnət olsun.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages