Bu gün Azərbaycanın Milli Qəhrəmanı Eldar Ağayevin anım günüdür



Eldar Əsgər oğlu Ağayev 1955-ci il sentyabr ayının 29-da Tbilisi şəhərində hərbçi ailəsində anadan olub. Sonralar ailəsi ilə Bakıya köçüb, 1962-ci ildə 20 nömrəli orta məktəbə gedib, sonra təhsilini 134 nömrəli məktəbdə davam etdirib. 1972-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olub, 1976-cı ildə motoatıcı ixtisası ilə Qusev şəhərində hərbi xidmətə başlayıb. 1978-ci ildə Kamçatka yarımadasında, 1981-1984-cü illərdə Amur vilayətinin Obluçye şəhərində motoatıcı bölüyünün komandiri olub. 1984-1986-cı illərdə Əfqanıstanda motoatıcı bölüyün kəşfiyyat rəisi, sonra isə komandiri olub. Bacarıqlı komandir olduğunu görən rəhbərlik onu əvvəlcə tank alayınının rəisi, sonra isə Drezden kəşfiyyat taboruna komandir təyin edib.

Ermənilər torpaqlarımıza hücum edən zaman Eldar Vətənə qayıdıb və 1992-ci ildə Milli Ordunun tərkibində “N” saylı alayını yaradıb. Daha sonra ikinci taboru yaradıb və ona komandirlik edib. Onun komandirlik etdiyi tabor dəfələrlə qaynar döyüşlərə atılıb və onlarla erməni quldurunu məhv edib. Eldarın yaratdığı tabor 1995-ci ildə Bakıda dövlət çevrilişinin qarşısının alınmasında da iştirak edib.

Bu taborun 18 əsgər və zabiti “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

1997-ci ildən 2000-ci ilədək Azərbaycan Politexnik İnstitutunda hərbi kafedranın rəisi olub. 2000-2001-ci illərdə isə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin kəşfiyyat kafedrasının rəisi vəzifəsində çalışıb.

Sovetlər birliyi zamanı “Qırmızı Ulduz”, “İgidliyə görə” ordenləri ilə, Qarabağ döyüşlərində iştirak etdiyi üçün “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 aprel tarixli Fərmanı ilə Eldar Əsgər oğlu Ağayev “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.

Eldar Əsgər oğlu Ağayev 2013-cü il may ayının 17-də vəfat edib.

Hiç yorum yok:

Yorum Gönder

Pages