Qədim Borcalımızın -indiki Gürcüstan Respubilkasının Bolnis rayonunun Seneb (Sənəf ) kəndinin görüş günüdür.
SENEB (SENEB - SƏNƏF) – Qədim Borçalının Bolulus bölgəsində (indiki Bolnisi rayonunda) Ehram (Xram) çayının sağ sahilində, rayon mərkəzindən 13 km qərbdə yerləşən kəndin adıdır.Seneb (Sənəf) kəndi Bolnis rayonunun Akaurt (Ayorta), Zöl-gəc, Arakel, Beytəkər kənlərinə, Ağbulaq rayonunun isə Şıxlı və Samxret kədləri ilə bitişik dağlıq ərazisini əhətə edir. Zirvələri bulaqlardan nəm çəkən, dağların qoynunda bir kənd var. Bu kənd mənim doğma yurd-yuvam Seneb (Sənəf) kəndimdir.Sıx ormanlarla, yaşıl meşəllərlə, gül-cicəkli mənzərəli yerlərlə, sıra dağlarla əhətə olunan kəndimiz, durna gözəl bulaqları, dəli dolu axar cayları (xramı) ilə daha möhtəşəm görünən kəndimizin faunası və florası keyfiyyət qədər zəngin diyardır. Bu oykonim qədim Manna, Midiya və Albaniya ərazisində qeydə alınan türkdilli «sünbiy» etnonimi ilə bağlıdır. Seneb (Sənəf) oykonimi «sünbiy» etnonimindən əmələ gəlmişdir. Qədim türk dillərində «sün» – nizə, nizəli döyüşkən; «biy» isə bəy mənasında işlənmişdir. Bu sözün ümumi mənası müasir Azərbaycan dilində «nizəli bəy, döyüşkən bəy» tayfası deməkdir. Bu isə, tam mənası ilə ağılabatandır. Çünki türklər hələ çox qədim zamanlardan köçəri həyat sürmüş və müxtəlif döyüşlər keçirmişlər.
Sünbiy (sünbəy) sözü vaxtilə gürcü və rus dillərində sənədlərdə qeydə alınarkən (təxminən 180 ildən çox) «ü» səsi «e» səsinə çevrilmiş (çünki rus və gürcü dillərində «ü» səsi yoxdur), «n» və «b» samit səsləri arasına isə «e» saiti artırılmış, «y» samit səsi isə düşmüşdür. Beləliklə də, «sünbiy (sünbəy)» etnosu «senebi» şəklinə düşmüş və belə də qeydə alınmış və Gürcüstan mətbuatında sabitləşmişdir.
Seneb (Sənəf) kəndinin 1918-ci ildə ( 7 ailə) 41 nəfər, 1926-cı ildə (8 ailə) 36 nəfər, 1976-cı ildə 190 -nəfər,2006-cı ildə nəfər əhalisi olub. Hazırda Seneb (Sənəf) kəndinin əhalisi 179 nəfərdir. Kənddə Azərbaycan məktəbi 1937-ci ildə yaradılıb. Peşəkar və təcrübəli bir çox medallarla təltif olunmuş ali, baş və kicik zabitlər: Musayev Salman Calal oğlu, Kurbanov Vahid Nəbi oğlu, Əhmədov Novruz Mehralı oğlu, Kurbanov Bəhrəm Əli oğlu, eləcə də əslən Seneb (Sənəf) kəndindən olanlar: Musayev Yaşar Salman oğlu, Xəlilov Tural Araz oğlu, müəllimlər: Gəncə Dövlət Universitetinin kimya üzrə baş müəllim-dosenti məhrum İsmayılov Teymur İsmayıl oğlu, məktəb direktorları: məhrum İsmayılov Nəbi Alı oğlu, məhrum Əhmədov Aydın İsmayıl oğlu, müəllimlər: Əhmədov Novruz Mehralı oğlu, məhrum Novruz Bayramov, Əhmədov Ərəbxan İsmayıl oğlu, İsmayılov Səlimxan Təhməz oğlu, Əlləzov Elman Calal oğlu, İsmayılov Ziyatxan Təhməz oğlu, Məmmədov Elizbar Zülimxan oğlu, həkimlər: Musayev Telman Cəlal oğlu, məhrum İsmayılov Sabir İlyas oğlu,Vəliyev Sülümxan Camal oğlu, Əhmədov Rezo Aydın oğlu, İsmayılov Füzuli Selimxan oğlu, İsmayılova Ayişə Vilayət qızı, Əfqanıstan müharibə veteranı (bir sıra medallara təltif olunmuş) Musayev Vəkil Calal oğlu, eləcə də hal-hazırda Gürcüstan Respubilkasının Tiflis şəhərində yerləşən ali təhsil müəssisələrində təhsil alanlar: Vəliyev Nəbi Sülümxan oğlu, Hacıyev İmran Rafiq oğlu, Əhmədov Peymən Habil oğlu, Əhmədov Emzar Elbrus oğlu Seneb (Sənəf) kəndinin yetirmələridir. Bu yerdə kəndimizin cənnət ətirli, zəhmətkeş analarımızda qeyd etmək istərdim. Onlardan: Sənəm Vəliyeva, Nazan Vəliyeva, Lütvü Məmmədova,Telli Musayeva, Gülpəri İbrahımova, Göycək Xəlilova,Lala Rəhimova, Əsli İsmayılova, Bəsti İsmayılova, Gülsüm Vəliyeva,Ayşa Kurbanova, Bulkez Vəliyeva, Yasəmən Vəliyeva, Gülbədən Əhmədova, Nərgiz Kurbanova, Səlmi Əhmədova, Lala Kurbanova, Hürzət İsmayılova, Çimnaz Məmmədova, Zeynab Məmmədova, Zərnişan Hacıyeva, Şövkət Hacıyeva və sairə.
Kəndimuzin varlığını yaşadan bütün övladlarına, həyat və fəaliyyətlərində uğurlar və xoş günlər arzulayıram, dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm.
Kəndimiz dünyaca yaşasın,sakinləri isə dünyaca var olsun.
Dərin hörmətlə: Musayev Salman Calal oğlu.
Hiç yorum yok:
Yorum Gönder