BİZİM TƏQVİM: 6 may İnsan Alverinə Qarşı Mübarizə Günüdür


BİZİM TƏQVİM: 6 may İnsan Alverinə Qarşı Mübarizə Günüdür



Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" hazırlanıb. Daxili İşlər Nazirliyi, Beynəlxalq təşkilatların dəstəyi ilə 2009-cu ildən başlayaraq hər il may ayının birinci həftəsi “İnsan alverinə qarşı mübarizə həftəsi”, mayın 6-sı “İnsan Alverinə Qarşı Mübarizə Günü” kimi qeyd edilir.

Bəs, mayın 6-da dünyada daha hansı hadisələr baş verib?

1. 6 may 1840-ci ildə tarixdə birinci poçt markası olan “Qara penni” çap edilib. İngiltərədə çap olunan bu marka qara rəngdə və bir penni dəyərində olduğuna görə onu "Qara penni" adlandırıblar.

2. 6 may 1937-ci ildə 3 jumbo reaktiv ölçülü “Hindenburg” dirijablı ABŞ-ın Nyu York şəhəri üzərindən uçarkən yanaraq yerə çırpıldı. 36 nəfər ölümünə bais olan bu qəzadan sonra hava nəqliyyatında dirijablların istifadəsinə son qoyuldu.

3. 1968-ci il 6 mayda “Praqa baharı”nı qan içində boğduqdan 2 il sonra Çexoslavakiyanın kommunist hökuməti SSRİ ilə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə imzalamağa məcbur oldu.  

4. Tikintisinə 1987-ci ildə başlanmış və İngiltərə ilə Fransanı bağlayan La Manş tuneli 1994-cü ilin 6 mayında Kraliça II Yelizaveta və Fransa prezidenti François Mitterandın iştirakı ilə olan mərasimlə xidmətə verildi. Qeyd edək ki, dənizin 45 metr dərinliyində inşa edilən 147 kilometrlik tunel Fransa ilə İngiltərə arasındakı qatar yolunu 20 dəqiqəyə endirdi.

5. 1400 illik İslam tarixində ilk dəfə olaraq 2001-ci ilin 6 may tarixində bir Papa məscidi ziyarət etdi. Xristianların dini rəhbəri Papa II Jan Pol Suriyaya səfəri zamanı Dəməşqdə Əməvi cümə məscidinə baş çəkdi.

6. 2008-ci ilin 6 mayında Myanmarda Nərgis qasırğası zamanı 22 min adam həyatını itirdi, 30 min insan isə itkin düşdü.  

6 mayda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Avstriyanın məşhur nevropatoloqu, psixoanalizin banisi Ziqmund Freyd 1856-cı ilin bu günü anadan olub.

2. 6 may 1856-cı ildə Azərbaycanın ilk maarifçi qadını, Hacı Zeynalabdin Tağıyevin qız məktəbinin ilk direktoru Hənifə Məlikova-Zərdabi (Həsən bəy Zərdabinin həyat yoldaşı) anadan olub(1856-1929).

3. Azərbaycanda coğrafiya üzrə tədris metodikasının əsasını qoyan, ana dilində ilk coğrafiya dəsrliklərini hazırlayan maarif xadimi Qafur Rəşad Mirzəzadə 1884-cü ilin 6 mayında dünyaya gəlib.   

4. Azərbaycanda hidrogeologiyanın banisi, professor Əziz Əsgərov 1907-ci ilin bu günü anadan olub. 

5. Azərbaycanlı şair, dramaturq, tərcüməçi, Xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi Məmməd Rahim 6 may 1977-ci ildə vəfat edib.

6. Sevilən diktor Hicran Hüseynov  6 may 1942-ci ildə dünyaya gəlib.

Hiç yorum yok:

Yorum Gönder

Pages