Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - YENİLƏNİB + FOTO



Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Məhərrəm İsmayıl oğlu Əzizovla Bərdə rayonunun 866 saylı qəsəbəsində keçirilən vida mərasimi başa çatıb.

“Report”un Qarabağ bürosunun məlumatına görə, şəhidlərin nəşi Ağdam rayonu Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidlərin doğmaları, Ağdam Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

13:44

Ağdam rayonunun Sarıcalı kəndi ərazisindəki kütləvi məzarlıqda aşkarlanan, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Məhərrəm İsmayıl oğlu Əzizovun meyitinin qalıqları Bərdə rayonuna gətirilib.

“Report”un Qarabağ bürosunun məlumatına görə, şəhidin nəşi Bərdə rayonu 866 saylı qəsəbədə ailəsinə təhvil verilib.

Hazırda qəsəbədə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Məhərrəm İsmayıl oğlu Əzizov 1958-ci ildə Ağdam şəhərində anadan olub. O, 1993-cü il iyulun 23-də Ağdam rayonunda itkin düşüb.

M.Əzizov Ağdam rayonu Quzanlı qəsəbə qəbiristanlığında dəfn olunacaq.

Hiç yorum yok:

Yorum Gönder

Pages