Beynəlxalq humanitar minatəmizləmə konfransının iştirakçıları Zəngilanın Ağalı kəndində olublar



Zəngilan, 30 may, AZƏRTAC

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə keçirilən 3-cü beynəlxalq humanitar minatəmizləmə konfransının iştirakçıları Zəngilan rayonunun Ağalı kəndində olublar.

AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Ağalı kənd meydanı ilə tanış olublar. Kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksinə baxıblar.

Sonra Ağalı tam orta məktəb şagirdlərinin rəqs tamaşasına baxıb məktəbdə yaradılan şərait və iş prosesi ilə tanış olublar.

Qonaqlar, həmçinin minatəmizləmə prosesini izləyib və Azərbaycanın minatəmizlənmə fəaliyyəti haqqında məlumatlandırılıb, Dövlət Xidmətləri Mərkəzinə baş çəkiblər.



Hiç yorum yok:

Yorum Gönder

Pages