Behbud Cavanşir oğlu Hüseynov- 56: Şərəfli ömür yolu

 

    Elə insanlar var ki, onların həyatı, fəaliyyəti, elinə, xalqına, vətəninə, xidmətə həsir olunur. Müdriklər demişkən, “xalqı üçün, Vətəni ücün yaşanan  ömür, əsl  insan ömrüdür”. Belə  insanların  ömrü  çətin,mənalı və şərəfli olur,başı həmişə el  içində  uca olur.Bu gün haqqında söhbət acdığımız insanlardan biri də  peşəkarlığı, işgüzarlığı,iradı,mənəvi keyfiyyəti, vətənpərvərliyi,dəqiliyi, təmkinliyi və səmimiyyəti ilə seçilən -ehtiyada olan  kapitan  Hüseynov  Behbud  Cavanşir  oğludur.May ayının  27- də onun   dünyaya göz acdığı  gündür.
    Belə bir əlamətdar gün münasibətiə daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ çıxan- ehtiyatda  olan kapitan Hüseynov  Behbud Cavanşir  oğlunu doğum günü münasibətilə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri,əzizləri, doğmaları, yaxınları və iş  yoldaşları  səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Behbud müəllim   qoy yaşınızın üstə gələn bu yaş da  sizə  sevincdolu illər bəxş etsin, hər yeni günün isə sizi istəklərnizə qovuşduraraq daha da xoşbəxt etsin.
  Hüseynov Behbud Cavanşir oğlu   1968- ci ilin may ayının 27 -də Cəbrayıl rayonun İsaqlı  kəndində  zəhmətkeş bir  ailədə anadan olub.
  1985-ci ildə  Cabrayıl rayonun İsaqlı kənd  orta məktəbi, 1992-ci ildə isə  Azərbaycan Neft  və Kimya  İnstitunu   bitrib. Behbud Hüseynov Daxili Qoşunlarda  xidmət etdiyi illər ərzində Daxili Qoşunların hərbi hissələrində  və Daxili Qoşunların Baş İdarəsində keçirilən bir çox  təlim -metodiki toplanışlarda, hərbi və xüsusi-  taktiki təlimlərdə, müvafiq  kurslarda, seminar və konfranslarda fəal iştirak edib.
      Behbud Hüseynoc 1986-1988 -cı illərdə  SSRİ Silahlı Qüvvələrin  Kazaxstan Respubilkasında yerləşən hərbi hissələrin birində  müddətli həqiqi hərbi xidmətdə olub.
  1994- 1997 -ci illərdə Daxili Qoşunların  Baş İdarəsinin  Binəqədi  rayonunda   və Sumqayıt şəhərində yerləşən hərbi hissələrdə  taqım komandiri  və  kimya xidmət rəisi vəzifələrində  Millətə, Dövlətə,Vətənə və Xalqa  sədaqətlə xidmət edib.Hal- hazırda Behbud Cavanşir oğlu Hüseynov SOKARIN-ın  Neft Kəmərlər İdarəsində şöbə rəisi  vəzifəsində işləyir.

    Çalışdığı bütün vəzifərdə özünü bacarıqlı  insan kimi göstərən- ehtiyatda olan   kapitan Hüseynov Behbud Cavanşir  oğlu  DİN-in Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara və bir çox hərbi qulluqculara  Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən olunmuş qaydada   Daxil işlər Nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi  iğtişaşların qarşlsının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictmai asayişin qorunmasında və ictimai  təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində, qəzalar, bədbəxt hadisələr,yanğınlar, təbii fəlakətlər  və başqa  fövqalədə hallar  ( hərbi vəziyyət və komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin olunmasında  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.
   İş və tələbə yoldaşları  Behbud  Hüseynovu  Vətənpərvər, qorxmaz, səxavətli, insanpərvər, əliaçıq və zəhmətkeş  insan kimi dəyərləndirirlər. O,istər təhsil aldıgı,orta və ali təhsil müəssisələrində, istərsə də  xidmət etdiyi və işlədiyi kollektivdə, istərsə də dost- tanış, qohum -əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
     Öz vəzifələrin icrası zamanı yüksək mənəvi - döyüş keyfiyyətləri göstərdiyinə,  döyüş və ictimai - siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və səmərəli fəaliyyətinə  görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, SOKARIN  rəhbərliyinin   və  hərbi hissə komandirinin müvafiq əmrləri ilə  Hüseynov Behbud Cavanşir  oğlu  bir çox diplomlarla, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
 
      ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

     DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  BEHBUD!
     
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
     
HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!
Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages