Baş leytenat Eyvaz Səlimov yaşasaydı 60 yaşı olardı

 
    

Müharibə veteranı  baş leytenat Eyvaz  Səlimov  yaşasaydl may ayının 19 -da 60 yaşı tamam olacaqdı.

Ömrünü gününü Vətənin bütövlüy ünə,xalqmızın xoş gələcəyinə həsr etmiş,hər kəs vətənin xoşbəxt vətəndaşıdır.Belə vətən təəssübü çəkən oğlanlardan biridə  Din-in Daxili Qoşunların hərbi hissələrində şərəfli  hərbi xidmət yolu kecmiş   baş - leytenant  Səlimov Eyvaz Əlirza oğlu idi O,  1964 - cü ilin  may ayının  19 - da  Azərbaycan Respu blikasının  İsmayıllı  rayonunun  Mingə kəndində zəhmətkeş ailədə anadan olumuşdur.2022-ci ilin dekabr ayın 24- də Bakı şəhərində vəfat etmiş, İsmayılı rayonunun Mingə kəndində isə dəfn edilmişdir.
      
Vətənə, dövlətə, xalqa sədaqətlə ximət etmiş,daimi həyatın bütün cətinliklərdən üzüağ və alınıaçıq çıxan, , xalqına, ailəsinə  bağlı gözəl insan Eyvaz Səlimov 1981 - ci ildə  İsmayıllı rayonun Mingə kənd orta məktəbi,  1986 - cı ildə  Bakı Poltexnik Texnikom unu, 1997 - ci ildə  Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Xəzər rayonunda yerləşən tədris mərkəzində ixtisas artırma kursunu bitrmişdir. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində bir çox təlim - metodiki toplanışlar da, müvafiq kurslarda,  xüsusi - taktiki təlimlərdə,  seminar və konfrans larda fəal iştirak etmişdir.
     
Əsil vətəndaşlıq mövqeyi ilə secilən, xeyirxah insan baş leytenat Eyvaz Səlimov 1983 -1985 ci illərdə  Sovet Ordusunun  Kemero va Vilayətinin Belovo şəhərində yerləşən hərbi hissələrində birində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. 1986 - 1987 -  ci illərdə  təynatla  Dağıstan Respublikasında  Qa ynaq üzrə  mühəndis konstruktor, 1988 -  1991 - ci illərdə isə  Azərbaycan Quraş dırma  idarəsində qaynaqçı vəzifəsin də işləmişdir.

Əhatəsində olan insanların döyüşcü və iş yoldaşlarının hörmətiniqazanan,dostlarına,iş yoldaş larına və yaxın qohumlarına isti münasibətdə olan Eyvaz Səlimov 1992- 1998- ci illərdə   Daxili Qoşunların Nərm anov rayonunda yerləşən alayında qarovul rəisi,  əlahiddə təminat  və xüsusi təynatlı taqım komandiri, böluk komandiri  və alayın əşya xidməti   rəisi vəzifələrində xidmət etmişdir.

Etvaz Səlimov  "Hərbi  xidmətkeçmə haq qında " əsasnamənin  v). bəndinə əsasən  xəstəliyə görə  ( 2 - ci qrup hərbi əlil kimi) Azərbaycan Respublikası Silahlı Qüvvələrə ehtiyata buraxılmışdır.
    
Heç kəsi özündən incitməyən, xoş rəftarı və şirin dilli ilə hər kəslə doğmalıq yaradan məhrum Eyvaz Səlimov,  Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daima nümunə olmuşdur.
    
Qanunvericiliklə müəyyən olunmuş qaydada   Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin müahizə olunmasında,şəhərdə,.yaşayış məntəqələrində  və kütləvi tədbirlərin  kecirilmə yerlərində ictimai  asayişin qorunmasında və ictimai  təhlükəsizliyin təmin edilməsində,  yaşayış məntə qələrində kütləvi  iğtşaşların qarşısının alınmasında, cinay ətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərər sizləşdirilməsində,qəzalar,bədbəxt hadisələr yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa  fövqalədə hallar  zamanı hüquqi rejimin təmin edilməsində, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhdəsin dən layiqincə gəlmişdir.
      
Azərbaycan Reslubi lkasının ərazi bütövlüyü uğrunda ( Ağdam, Ağdərə və Füzuli rayonları istiqamətində) gedən  döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzi fə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Müharibə veteranı idi.
    
 Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  hərbi hissə komandirinin  müvafiq əmrləri ilə bir cox fəxri fərmanla, qiymətli hədiyyələrlə, əlacı döş  və yubiley nişanları ilə  mükafatlandırlmış və  Eyvaz Səlimova təşəkkür elan edilmişdir

Hal-hazırda haqq dünyasında olan Eyvaz Səlimovun  əziz ruhu onu tanyanlar tərəf indən daimi hörmətlə xatırlanır və yad edilir.Belə vicdanlı oğuları ilə tanınır vətən! 
 
Allah rəhmət eləsin, məkanı cənnət olsun.Amin!

Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr və  Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages