Bakıda gənc qızı bıçaqlayan qaziyə altı il həbs cəzası verildi



Ötən ilin 3 oktyabr tarixində gecə saat 01 radələrində Nizami rayonu Qara Qarayev prospektində yerləşən "Palermo" gecə klubunda gənc qızı bıçaqlayan 2000-ci il təvəllüdlü Cavanşir Əliyevə hökm oxunub.

Publika.az-ın əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Cavanşir Əliyev Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurma) maddəsi ilə təqsirli bilinib.

Qeyd edilib ki, Cavanşir həmin gün gecə klubuna tək gedib və orada 1995-ci il təvəllüdlü Zümrüd Əsgərova ilə tanış olaraq birgə əylənib. Daha sonra hesabı verməklə bağlı mübahisə yaranıb. Və Cavanşir bıçaq götürərək qıza hücum edib, onun bel nahiyəsinə ağır zərbə endirib.

Polis tərəfindən saxlanılan Cavanşirə cinayət işi açılıb və onun əvvəllər oğurluq etdiyi də məlum olub. Həmçinin Cavanşir Əliyevin 2-ci Qarabağ müharibəsinin iştirakçısı olması, "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunduğu məlum olub.

Məhkəmə onun növbəti dəfə cinayət törətməsi səbəbindən həbs edilməsinə qərar verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin keçən həftə çıxardığı hökmlə isə C.Əliyev altı il bir ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Hiç yorum yok:

Yorum Gönder

Pages