2024-cü ilin birinci rübündə (yanvar-mart aylarında) Azərbaycan Respublikasında 5124 boşanma qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu rəqəm ölkə üzrə əhalinin hər 1000 nəfərindən 2-sinin boşanması deməkdir.
Bəs bu il ən çox və ən az boşanmalar Azərbaycanın hansı bölgələrində qeydə alınıb?
Bakmiltv.info bununla bağlı araşdırma aparıb.
Dövlət Statistika Komitəsindən əldə etdiyimiz məlumata görə, Azərbaycanda ən çox boşanma Naftalan şəhərinin payına düşür. Burada əhalinin hər 1000 nəfərindən 4,7-si boşanıb.
Ən çox boşanma sayına görə ilk “10-luq”da sonrakı yerlər aşağıdakı kimidir:
Xankəndidə - hər 1000 nəfərdən 4,6-sı;
Yasamalda - hər 1000 nəfərdən 4,1-i;
Suraxanıda - hər 1000 nəfərdən 3,8-i;
Zəngilanda - hər 1000 nəfərdən 3,8-i;
Şahbuzda - hər 1000 nəfərdən 3,3-ü;
Nərimanovda - hər 1000 nəfərdən 3,3-ü;
Mingəçevirdə - hər 1000 nəfərdən 3,2-si
Daşkəsəndə - hər 1000 nəfərdən 3,1-i;
Xətaidə - hər 1000 nəfərdən 3,1-i.
Rəsmi məlumata görə, Azərbaycanda ən az boşanma Ordubad rayonunda qeydə alınıb. Burada əhalinin hər 1000 nəfərindən 0,7-si boşanıb.
Ən az boşanma sayına görə ilk “10-luq”da sonrakı yerlər aşağıdakı kimidir:
Sabirabadda - hər 1000 nəfərdən 1-i;
Cəlilabadda - hər 1000 nəfərdən 1-i;
Gədəbəydə - hər 1000 nəfərdən 1-i;
İsmayıllıda - hər 1000 nəfərdən 1-i;
Biləsuvarda - hər 1000 nəfərdən 1,1-i;
Qubada - hər 1000 nəfərdən 1,1-i;
Abşeronda- hər 1000 nəfərdən 1,2-si;
Xızıda - hər 1000 nəfərdən 1,2-si;
Qobustanda - hər 1000 nəfərdən 1,2-si.
Ə.Qafarlı
Hiç yorum yok:
Yorum Gönder