9 may 2024-cü il tarixində Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVNVİB-in) Xankəndi şəhər və Xocalı rayon şöbəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.
AVMVİB-in Xankəndi şəhər və Xoçalı şöbəsində - keçirilən tədbirdə AVMVİB-in Xankəndi şəhər və Xocalı rayon şöbəsinin İdarə heyəti,müharibə vetranları və şəhid ailələri iştirak ediblər.
Tədbir Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edən Azərbaycan Vətən Müharibəsi Vetranları İçtimai Birliyin Xankəndi Şəhər və Xocalı rayon şobəsinin sədri Ramiz Ağayev Ümummilli lider Heydər Əliyevin mənalı həyatı və misilsiz xidmətlərindən söz açaraq, Azərbaycan xalqının tarixində və dövlətçilik fəaliyyətində müstəsna xidmətlərindən danışıb. Eyni zamanda Heydər Əliyevin müharibə veteranlarına, müharibə əlilərinə və şəhid ailələrinə göstərdiyi diqqət və qaygısını qeyd edərək, Ulu öndərin şah əsəri - müasir müstəqil Azərbaycan dövləti və azərbaycançılıq məfkurəsi bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbəriliyi altında uğurla inkişaf etdirildiyini vurğulayıb.
Ulu öndər Heydər Əliyevin siyasi kursundan söz açan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin ictimaiyyətlə iş üzrə müavini Məlahət Murtuzova 1969-cu ildən onun Azərbaycana rəhbər seçilməsi, tariximizə ölkəmizin sürətli və uzunmüddətli inkişafının əsasını qoyması kimi daxil olduğunu və ölkəmizin son onilliklər ərzində qazandığı uğurların Ümummilli liderin adı ilə bağlı olduğunu vurğuladı.
Ümummilli liderin keçdiyi həyat yolundan, Azərbaycan dövləti və xalqı üçün göstərdiyi əvəzsiz xidmətlərdən söz açan Azərbaycan Vətən Müharibəsii Veteranları İctimai Birliyinin Xankəndi şəhər və Xoçalı rayon şöbəsində ümumu şöbənin midürü İlham Rəsulzadə Heydər Əliyevin dünya siyasətçiləri arasında malik olduğu nüfuzundan və respublikanın beynəlxalq aləmdə qəbul olunması və tanınması istiqamətində yürütdüyü uğurlu siyasətdən danışıblar.
Tədbirdə digər çıxış edən natiqlər Heydər Əliyevin müxtəlif sahələrə olan xüsusi diqqət və qayğısından, eyni zamanda gənclərə olan etimadından və gənclərin onlara olan bu etimadı doğrultduqlarını vurğulayıblar və Ulu öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər.
Mövzu əsasında fikirlərini bölüşən qonaqlar istər sovetlər dövründə, istərsə də müstəqillik illərində respublikaya rəhbərlik edən və ömrünü öz xalqına həsr edən Heydər Əliyevin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayaraq, müasir və müstəqil Azərbaycan dövlətinin bu gün də Prezident cənab İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla inkişaf etdirildiyini qeyd ediblər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyin Xankəndi şəhər və Xocalı rayon şöbə sədirinin ictimai işlər üzrə müavini Məhebbət Murtuzuva.
Hiç yorum yok:
Yorum Gönder