Tədqiqatçılar bildirirlər ki, alma insan orqanizmi üçün çox faydalıdır. Onun tərkibində hətta xərçəng hüceyrələrini məhv edə bilən vitaminlər var. Xüsusilə də, almanın tumu möcüzəvi təsirlərə malikdir.
Elm adamlarının fikrincə, alma tumu kimya və radiasiya terapiyaları üçün dəstək olaraq istifadə edilə bilər. Ümumiyyətlə, meyvə tumları bədəndə zərərli maddələrin təsirinin qarşısını alır. Xərçəngin müalicəsində əhəmiyyətli təsiri ilə seçilən B17 vitamini ərik və şaftalı tumunda da var. Lakin alma daha əlçatandır. Sağlam bədənə sahib olmaq üçün almanı toxumları ilə birlikdə yemək olar. Erkən diaqnoz qoyulan hallarda həkimin tövsiyə etdiyi müalicə üsullarına əlavə olaraq təzə meyvələr istehlak etməklə sağalmanı dəstəkləmək mümkündür.
Almanın tərkibindəki C vitamini immuniteti artırır. Müqaviməti gücləndirməyin və xəstəliklərdən qorunmağın ən asan yolu gün ərzində, azı, 1 ədəd alma yeməkdir. Almanın tərkibindəki pektin lifi qanda pis xolesterolu azaldır.
Həkimlər almanın bağırsaq tənbəlliyinə yaxşı təsir etdiyini, xolesterin və karbohidratların sorulmasını tənzimlədiyini bildirirlər. Bədəndən iltihabı və toksinləri çıxarmaq üçün alma daha tez-tez qəbul edilməlidir.
Hiç yorum yok:
Yorum Gönder