Ad Günüz Mübarək hörmətli Şəhla xanım!..



     
 İnsan üçün ən yaddaqalan günlərin başlıcası onun həyata  gəldiyi gündür.Belə insanlardan biri də  
hüquq mühafizə orqanlarının  birində  öz dəst- xətti olan,  yüksək peşəkarlığı, dərin zəkası,gözəl nitq qabiliyyəti, humanistliyi,dəqiqliyi,təmkinliyi, sadəliyi, səmimiyyəti, iradi və mənəvi keyfiyyətləri  ilə seçilən, ömrünün məhsuldar dövrünün 23 ildən çoxunu hüquq mühafizə orqanlarının birində (zabit və baş zabit rütbələrində) şərəfli  xidmət yolu keçmiş
Quliyeva Şəhla Tofiq  qızıdır.  May ayının 10- da  onun dünyaya göz acdığı gündür.

Daim həyatın  imtahanlarından alnıacıq və üzüağ cıxan,əhatəsində olan insanların hörmətini qazanan,dostlarına və yaxınlarına isti münasibətdə olan Şəhla xanımı belə bir əlamətdar gün münasibətilə həmkarları, iş yoldaşları,doğmaları,əzizləri,yaxınları,dostları,onun pərəstişkarları səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında uğurlar arzu  edib deyirlər,Şəhla xanım qoy yaşınızın üstə gələn bu yaşda sizə sevincdolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
   
Yüksək nufuz sahibi olan, xidmət etdiyi və hal- hazlrda işlədiyi kollektivdə təvazökar,qayğıkeş və xeyirxah insan kimi tanınan Quliyeva Şəhla Tofiq qızı 1973- cü ilin  may ayının 10 - da Bakı şəhərində ziyalı ailəsində anadan olub.Əslən Füzuli  rayonun Dövlətyarlı kənd
 
Şəhla xanım 1989-cu ildə Bakı şəhər 96 nömrəli  orta məktəbi, 1996-ci ildə Azərbaycan  Texniki  Universitetini  bitrib.  
    
Hər zaman həyatda layıqlı yer tutmağa canatmış,yüksək uğurlar qazanmış, vətənpərvər Şəhla Tofiq qızı Quliyeva 1993- 2017-ci illərdə Azərbaycan hüquq mühafizə orqanlarının birində zabit və baş zabit vəzifələrində Millətə,Dövlətə Vətənə  və Xalqa sədaqətlə xidmət edib.

Torpağına,xalqına bağlı gözəl xanım Şəhla Quliyeva Azərbaycan hüquq mühafizə orqanların birində xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı zabit kimi göstərmişdir.O, işlədiyi və oxuduğu   təhsil müəssisələrində, yaşadığı ərazidə, kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün daimi  nümunə  olmuşdur.

Şəhla xanım öz xidməti vəzifələrini, şöbə və idarə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən   qoruxmaz,insanpərvər,səxavətli,əliaçıq,vəfalı və zəhmətkeş  zabit olub.

 Əsil vətəndaşlıq mövqeyi ilə secilən,ictimaiyyət arasında öznəlayıq hörmət qazanmış Quliyeva  Şəhla Töfiq  qizı  Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına, müvafiq nizamnamələrin, direktivlərin, təlimatların, əsasnamə və əmirlərin tələblərinə və vəzifə borcuna əməl etməkdə,dəqiq və sözsüz yerinə yetirməkdə bir çox   həmkarları və iş yoldaşları
 üçün nümunə olmuşdur.
  
 Şəhla Quliyeva  öz  xidməti vəzifələrini yerinə yetirərkən  fəriqləndiyinə, şücaət  və fədakarlıq  göstərdiyinə, eləcə də  hərbi xidmət keçdiyi dövrdə  göstərdiyi digər  xidmətlərinə görə  “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü drəcəli medallarla, əla xidmətlərə görə əlacı və yubiley döş nişanları ilə  təltif edilib, bir çox fəxri fərmanlarla, diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırılıb və ona təşəkkur  elan edlib. 

ŞƏHLA XANIM!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ  ZAMAN TEZ KEÇİR DEYƏ...
UNUTMA Kİ HƏR  KƏS EYNİ ŞEYİ YAŞAYIR.

BU İLİN SONUNDA GERİYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR "MÖCÜZƏ  İLDİ " DEYƏRSƏN...
 
BÜTÜN ARZULARLNIN REALLAŞMASI DİLƏYİMLƏ..XOŞBƏXT İLLƏRƏ.

Hörmətlə: Salman Musayev
 

Hiç yorum yok:

Yorum Gönder

Pages