Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 6 may tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı" hazırlanıb. .Daxili İşlər Nazirliyi, Beynəlxalq təşkilatların dəstəyi ilə 2009-cu ildən başlayaraq hər il may ayının birinci həftəsi "İnsan alverinə qarşı mübarizə həftəsi”, mayın 6-sı "İnsan Alverinə Qarşı Mübarizə Günü” kimi qeyd edilir.
1856-cı il.Azərbaycanın ilk maarifçi qadını, Hacı Zeynalabdin Tağıyevin qız məktəbinin ilk direktoru Hənifə Məlikova-Zərdabinin (Həsən bəy Zərdabinin həyat yoldaşı) doğum günüdür (1856-1929).
Bu il Hənifə xanımın anadan olmasının 160 illiyi tamam olur. O, Azərbaycan qadınlarının taleyində çox mühüm rol oynayıb. Məşhur "Nicat” Azərbaycan qadın xeyriyyə cəmiyyətinin yaradıcılarından biri olub, 1901-1905-ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdiri işləyib. 1909-cu ildən 1919-cu ilədək Bakı şəhər dövlət birinci rus-tatar qız məktəbində müdir vəzifəsində çalışıb. O, Həsən bəy Zərdabiyə təkcə həyat yoldaşı yox, həm də mübarizə yoldaşı olub.
1856-ci il.Dünya ədəbiyyatı və mədəniyyətində dərin iz qoymuş psixoanaliz nəzəriyyəsinin banisi, Avstriya alimi Ziqmund Freyd anadan olub (1856-1939).
O, "Yuxuların yozulması”, "Totem və tabu”, "Ləzzətin o tərəfində”, "Bir illüziyanın gələcəyi” əsərlərinin müəllifidir.
1840-ci il.Tarixdə birinci poçt markası olan "Qara penni” çap edilib. İngiltərədə çap olunan bu marka qara rəngdə və bir penni dəyərində olduğuna görə onu "Qara penni" adlandırıblar. Yapışqanlı marka ideyasını ilk dəfə kitab satıcısı Ceyms Çalmers (1782−1853) təklif etsə də, bu markanın ixtirasını general-postmaster Roulan Hillin (1795—1879) adı ilə bağlayırlar.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder