29 may - Ümumdünya Sağlam Həzm Günüdür



Bakı, 29 may, Bakmiltv.info

Hər il mayın 29-da Ümumdünya Sağlam Həzm Günü qeyd edilir.

Bakmiltv.info xəbər verir ki, Ümumdünya Sağlam Həzm Günü Ümumdünya Qastroenteroloqlar Təşkilatının (World Gastroenterology Organisation, WGO) təşəbbüsü ilə təsis olunub.

Beynəlxalq qeyri-hökumət, peşəkar tibbi federasiyası olan Ümumdünya Qastroenteroloqlar Təşkilatı qastroenteroloqların yüzdən çox milli cəmiyyətini və dörd regional assosiasiyasını birləşdirir. Bütövlükdə, bu Təşkilatın 50 mindən çox fərdi üzvü var.

WGO faktiki olaraq 1935-ci ildə qastroenteroloqların Brüsseldə keçirilmiş birinci Beynəlxalq konqresində yaradılsa da, onun rəsmi təsis tarixi 1958-ci il mayın 29-u hesab olunur. Həmin gün Vaşinqtonda, Qastroenteroloqların Birinci Ümumdünya Konqresində bu təşkilatın nizamnaməsi qəbul edilib. WGO-nun nizamnaməsinin qəbul edildiyi günün sağlam həzm günü elan edilməsi qərara alınıb.

Hər il Ümumdünya Sağlam Həzm Gününün mövzusu seçilir və bununla əlaqədar keçirilən bütün tədbirlər qastroenterologiyanın müəyyən probleminə, onun müalicəsi və profilaktikası üsullarına həsr edilir.

Hiç yorum yok:

Yorum Gönder

Pages