Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra məhz Ulu Öndər Heydər Əliyevin ekologiya və ətraf mühitin mühafizəsi sahəsinə qayğıkeş münasibəti nəticəsində onun imzaladığı 23 may 2001”“ci il tarixli Sərəncamla Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmışdır.
Hər il ölkəmizdə 23 may günü, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 16 may 2007-ci il tarixində imzaladığı Sərəncama uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Peşə bayramı münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin Fəxri Xiyabanda məzarını ziyarət etmiş, sonra ölkəmizin müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidləri yad etmişlər.
Azərbaycan Respublikası Prezidentinin 21 may 2010-cu il tarixli “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında” Sərəncamlarına müvafiq olaraq “Dövlət qulluğunda fərqlənməyə görə”
”¢ Abdullayeva Fatimə Əliəkbər qızı,
”¢ Allahverdiyev Ağoş Hüseynəli oğlu,
”¢ Kərimov Niyas Seyfulla oğlu,
”¢ Məhərrəmli Kamil Məmməd oğlu;
“Tərəqqi” medalı ilə
”¢ Allahyarov Bəybala Ağa oğlu,
”¢ İsgəndərov Xuduş Əmən oğlu,
”¢ Quliyev Qadir Şulan oğlu,
”¢ Miriyev Mirbaba Qəfər oğlu,
”¢ Musayev Nadir Əbdüləziz oğlu,
”¢ Nurullayev Musa İsabala oğlu;
“Əməkdar mühəndis” fəxri adı ilə
”¢ Məmmədova Gülxar Əliəkbər qızı,
”¢ Rəcəbova Şüküfə Ağaverdi qızı
təltif olunmuşlar.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə olduğu kimi ətraf mühitin sağlamlaşdırılması sahəsində də çoxsahəli ardıcıl quruculuq işləri davam edir. Bu da müstəqil Azərbaycan Dövlətinin qüdrətlənməsində, hər bir Azərbaycan vətəndaşının rifahının daha da yüksəlməsində özünü göstərəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən davamlı istifadə olunması siyasətini hörmətli Prezident cənab İlham Əliyevin rəhbərliyi altında daha da uğurla davam etdirərək üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək, Respublika əhalisinin sağlam ətraf mühitdə yaşamasının təmin edilməsində bütün imkanlarını səfərbər edəcəkdir.
23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder