21 may Beynəlxalq Çay Günüdür.
Bu günün məqsədi dayanıqlı çayçılıq fəaliyyətlərinin gəlirli bir fəaliyyət sahəsi kimi iqdisadiyyatın və gəlir mənbələrinin şaxələnməsində, həmçinin aclıq və yoxsulluqla mübarizədə əhəmiyyətini vurğulamaqdır.
İlk çay bayramı 2004-cü ildə Hindistanın Mumbay şəhərində qeyd olunub.
Beynəlxalq Çay Gününü qeyd etmək uzun illər müzakirə mövzusu olsa da, bunu yalnız 2004-cü ildə Hindistanın Mumbay şəhərində və 2005-ci ildə Braziliyanın Portu-Aleqri şəhərində keçirilən ümumdünya ictimai forumlarından sonra reallaşdırmaq mümkün olub. O vaxtdan hər ilin 15 dekabrında müxtəlif ölkələrdə çay bayramları keçirilirdi.
2019-cu ildə BMT-nin Baş məclisi 21 may tarixini Beynəlxalq Çay Günü elan etdi. 2020-ci ildən gün rəsmi bayram olaraq qeyd olunmağa başladı.
Çay ağacının vətəni Çin hesab edilir. Çinlilər yarpaqdan hazırlanmış həlimin insan orqanizmi üçün faydalı təsirlərinə diqqət yetirmiş və bu bitkinin becərilməsinə başlamışlar. Çayla bağlı ilk xatirələrə təxminən 5000 il bundan əvvəl Çin əlyazmalarında rast gəlinir.
Öz tarixi təkamülündə müxtəlif dəyişikliklərə məruz qalan çay içkisi qədim Çində tez həlledilən formada istifadədən tutmuş dövrümüzdə kofeinsizləşdirilmiş‚ soyuq çay, hətta üzvi çay (ekoloji cəhətdən təmiz ərazilərdə becərilən bitki ibtidai dövrlərdə olduğu kimi emal edilir) formalarına qədər inkişaf etmişdir. Çayın tarixində daha maraqlı rəqəm 1908-ci ildə geniş yayılmış paket (birdəfəlik) çayların ABŞ-da istehsalıdır.
Çay Azərbaycana ilk dəfə 1912-ci ildə Lənkəran bölgəsinə gətirilib. Elə ilk çay zavodu da Lənkəranda tikilib.
Hiç yorum yok:
Yorum Gönder