20 may səs operatoru Ağahüseyn Kərimovun anım günüdür.




Ağahüseyn Eşrəf oğlu Kərimov Bakıda anadan olub.Eczaçılıq Texnikumunda təhsil alıb, bir müddət aptekdə işləyib. Tbilisi Kənd Təsərrüfatı İnstitutunda entomoloq ixtisasına yiyələnib. «Azərfilm» kinostudiyasında baş mühəndis işləyən dostu Kərim Əmiirov onu studiyaya dəvət edir. Beləliklə də, Ağahüseyn kinostudiyada çəkilişinə hazırlıq görülən «Bakılılar» tarixi-inqilabi filmində səs operatoru assistenti vəzifəsinə qəbul olunur. Bu vaxtdan etibarən kinostudiyada səs operatoru kimi çalışıb. Əməkdar mühəndis Ağahüseyn Kərimov 1991-ci ildə vəfat edib.
Səs operatoru Ağahüseyn Kərimov rejissor Zeynəb Kazımovanın həyat yoldaşıdır.

Filmoqrafiya:
Bakılılar (1938, tammetrajlı bədii film) – səs operatoru assistenti
Sovet gimnastları (1938, qısametrajlı sənədli film) – səs operatoru
Artyom adası (1939, qısametrajlı sənədli film) – səs operatoru
Kəndlilər (1939, tammetrajlı bədii film) – səs operatoru
Zaqatala (1940, qısametrajlı sənədli film) – səs operatoru
Cənub sərhədlərinin keşiyində (1941, qısametrajlı sənədli film) – səs operatoru
Qayalardan yol (1941, qısametrajlı sənədli film) – səs operatoru
Səbuhi (1941, tammetrajlı bədii film) – səs operatoru
Vətən uğrunda (1943, qısametrajlı sənədli film) – səs operatoru
Məktuba cavab (1944, qısametrajlı sənədli film) – səs operatoru
Zaqafqaziya müsəlmanları ruhanilərinin qurultayı (1944, qısametrajlı sənədli film) – səs operatoru
Arşın mal alan (II) (1945, tammetrajlı bədii film) – səs operatoru
İran Azərbaycanının paytaxtında (1945, qısametrajlı sənədli film) – səs operatoru
Arazın o tayında (1947, tammetrajlı sənədli film) – səs operatoru
Xəzər nefti (1948, qısametrajlı sənədli film) – səs operatoru
Böyük yol (1949, qısametrajlı sənədli film) – səs operatoru
Yeni həyat qurucuları (1949, qısametrajlı sənədli film) – səs operatoru
Bakının işıqları (1950, tammetrajlı bədii film) – səs operatoru
Gədəbəyin sərvəti (1950, qısametrajlı sənədli film) – səs operatoru
Sovet Azərbaycanı (II) (1950, qısametrajlı sənədli film) – səs operatoru
Xəzər neftçiləri (1952, qısametrajlı sənədli film) – səs operatoru
Arazın sahillərində (1953, tammetrajlı sənədli film) – səs operatoru
Xəzər neftçiləri haqqında dastan (1953, qısametrajlı sənədli film) – səs operatoru
Quba bağlarında (1953, qısametrajlı sənədli film) – səs operatoru
Doğma xalqıma (1954, tammetrajlı sənədli film) – səs operatoru
Bəxtiyar (II) (1955, tammetrajlı bədii film) – səs operatoru
Keçmişin şahidləri (1956, qısametrajlı sənədli film) – səs operatoru
Qara daşlar (1956, tammetrajlı bədii film) – səs operatoru
Xalq hədiyyəsi (1957, qısametrajlı sənədli film) – səs operatoru
Səadət və əmək mahnıları (1957, qısametrajlı sənədli film) – səs operatoru
Uzaq sahillərdə (1958, tammetrajlı bədii film) – səs operatoru
Azərbaycan mədəniyyətinin baharı (1959, qısametrajlı sənədli film) – səs operatoru
Dənizi fəth edənlər (1959, tammetrajlı sənədli film) – səs operatoru
Ağıllı köməkçilər (1960, qısametrajlı sənədli film) – səs operatoru
Akif Cəfərovun btiqadası (1960, qısametrajlı sənədli film) – səs operatoru
Aygün (1960, tammetrajlı bədii film) – səs operatoru
N.S.Xruşşov Bakıda (1960, qısametrajlı sənədli film) – səs operatoru
Odla təkbətək döyüş (1960, qısametrajlı sənədli film) – səs operatoru
Səhər (1960, tammetrajlı bədii film) – səs operatoru
Həyat öyrədir (1961, qısametrajlı bədii film) – səs operatoru
Leyli və Məcnun (1961, tammetrajlı bədii film) – səs operatoru
Mahnı axşamı (1962, qısametrajlı sənədli film) – səs operatoru
Romeo mənim qonşumdur (1963, tammetrajlı bədii film) – səs operatoru
Yollar və küçələrlə (1963, qısametrajlı sənədli film) – səs operatoru
Arşın mal alan (III) (1965, tammetrajlı bədii film) – səs operatoru
Torpaq. Dəniz. Od. Səma. (1967, tammetrajlı bədii film) – səs operatoru
Bizim Cəbiş müəllim (1969, tammetrajlı bədii film) – səs operatoru
O qızı tapın (1970, tammetrajlı bədii film) – səs operatoru, aktyor (Emin Şirinov)
Həyat bizi sınayır (1972, tammetrajlı bədii film) – səs operatoru
Skripkanın sərgüzəşti (1972, tammetrajlı bədii film) – səs operatoru
Dörd bazar günü (1975, tammetrajlı bədii film) – səs operatoru
Əgər bir yerdəyiksə (1975, tammetrajlı bədii film) – səs operatoru
Ad günü (1977, tammetrajlı bədii film) – aktyor (Həmid dayı)
Bayquş gələndə... (1978, tammetrajlı bədii film) – səs operatoru
Od içində (1978, tammetrajlı bədii film) – səs operatoru
Yarımçıq qalmış mahnı (1979, tammetrajlı bədii film) – aktyor
Gözlə məni (1980, tammetrajlı bədii film) – səs operatoru
Babamızın babasının babası (1981, tammetrajlı bədii film) – səs operatoru
Qaladan tapılan mücrü (1982, tammetrajlı bədii film) – aktyor (zərgər)
Qocalar, qocalar (1982, tammetrajlı bədii film) – səs operatoru
Gümüşgöl əfsanəsi (1984, tammetrajlı bədii film) – aktyor (muzey müdiri Abbas Mamedoviç)
Tənha narın nağılı (1984, tammetrajlı bədii film) – səs operatoru
Yaramaz (1988, tammetrajlı bədii film) – aktyor (Mirzə baba)

Hiç yorum yok:

Yorum Gönder

Pages