20 may rejissor Şamil Mahmudbəyovun anım günüdür.




Şamil Fərəməz oğlu Mahmudbəyov Naxçıvanda anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil alıb (1954). 1954-cü ildən “Azərbaycanfilm” kinostudiyasında işləyib. Əməkdar incəsənət xadimi (1976), Dövlət mükafatı laureatı (1970) Şamil Mahmudbəyov 1997-ci ildə vəfat edib.

Filmoqrafiya:
“Kitab-Poçtla”nın xidmətlərindən istifadə edin (1956, qısametrajlı sənədli film) – rejissor
Qara daşlar (1956, tammetrajlı bədii film) – ikinci rejissor
Onun 150 yaşı var (1958, qısametrajlı sənədli film) – rejissor
Naxçıvan MSSR (1959, tammetrajlı sənədli film) – rejissor
Əyri yolla qazanc (1960, qısametrajlı bədii film) - rejissor
Leytenant Şmidt adına zavodda əməyin təhlükəsizliyi (1961, qısametrajlı sənədli film) – rejissor
Romeo mənim qonşumdur (1963, tammetrajlı bədii film) - rejissor
Yenilməz batalyon (1965, tammetrajlı bədii film) – aktyor (qaçaq Əlimərdan)
Qaraca qız – Qaraca qız (1966, tammetrajlı bədii film, kinoalmanax) – rejissor, ssenari müəllifi
Torpaq. Dəniz. Od. Səma. (1967, tammetrajlı bədii film) - rejissor
Şərikli çörək (1969, tammetrajlı bədii film) - rejissor
Həyat bizi sınayır (1972, tammetrajlı bədii film) - rejissor
Skripkanın sərgüzəşti (1972, tammetrajlı bədii film) - rejissor
Dənizə çıxmaq qorxuludur (1973, qısametrajlı bədii film) – bədii rəhbər
Qatır Məmməd (1974, tammetrajlı bədii film) – bədii rəhbər
Dörd bazar günü (1975, tammetrajlı bədii film) – rejissor, ssenari müəllifi
Dərviş Parisi partladır (1976, tammetrajlı bədii film) - rejissor
Bayquş gələndə... (1978, tammetrajlı bədii film) – rejissor
Od içində (1978, tammetrajlı bədii film) – rejissor
Tənha narın nağılı (1984, tammetrajlı bədii film) – rejissor
Ağstafa şərabçıları (1992, qısametrajlı sənədli film) – rejissor
Fəryad (1993, tammetrajlı bədii film) – aktyor (Samvel)
Qoca əsgər (1993, qısametrajlı sənədli film) – rejissor
Fransız (1995, tammetrajlı bədii film) – aktyor (dayı)
Adam (1996-2010, qısametrajlı bədii film) – rejissor

Hiç yorum yok:

Yorum Gönder

Pages