Vüsal Hacı-Qədirin ad günüdür




Qaxda anadan olub. Moskva Televizya və Radio İnstitutunda (МИТРО) kino rejissorluğu ixtisası üzrə təhsil аlıb (2010-2013). 1999-cu ildə "Şən və Hazırcavablar Klubu"nun Qax rayonu üzrə komanda rəhbəri olaraq fəaliyyətə başlayıb, "Бакинский Экспромт", "Нефтчи Баку", "Черное Золото" klublarında iştirak edib. 2009-2010-cu illərdə "Beynəlxaq KVN" festivalında müfəvvəqiyyətlə iştirak edib. 2010-cu ildə MDB ölkələri kuboku uğrunda mübarizə aparıb. 2013-cü ildən kino və televiziya sahəsində aktyor və rejissor kimi fəaliyyət göstərir.

Filmoqrafiya:
Balıq (2010, qısametrajlı bədii film) – rejissor
Həyat sən nə qəribəsən (2013-2016, bədii serial) – aktyor (Teymur)
İki tüstü (2015, tammetrajlı bədii film) – aktyor (Muxtar)
Səhra almazı (2015, tammetrajlı bədii film) – aktyor (Maqa)
1361 (2016, qısametrajlı bədii film) – rejissor
Barama (2017, bədii serial) – rejissor, aktyor (Qara Dərviş)
Dəmir qazan (2017, tammetrajlı bədii film) – aktyor (Mətləb)
Don Marleone (2017, tammetrajlı bədii film) – aktyor (Ded)
Kəklikotu  (2017, tammetrajlı bədii film) – aktyor (Famil)
The game (2017, tammetrajlı bədii film) – aktyor
Üçbucaq (II) (2017, qısametrajlı bədii film) – rejissor

Hiç yorum yok:

Yorum Gönder

Pages