Təbrik:Mayor Ülfət Məmmədov- 54



Daxili İşlər Nazirliyin müvafiq strukturlarının   həyatında öz dəst - xətti olan, yüksək  peşəkarlığı, humanistliyi, dərin zəkası, gözəl nitq qabiliyyəti,  vətənpərvərliyi, sadəliyi, səmimiyyəti , dəqiqliyi, təmkinliyi,  insanpərvərliyi  və təşkilatclıq bacarığı ilə  seçilən, ömrünün ən məhsuldar dövrünü Daxili Qoşunlarda və Daxili işlər orqanlarında   keçirmiş hörmətli  veteranmız- ehtiyatda olan mayor  Məmmədov Ülfət  Ələddin oğlunun  aprel  ayının  2 - də dünyaya göz acdığı gündür.

 Daimi həyatın bütün  imtahanlarından alnıacıq və üzüağ çıxan -mayor Məmmədov Ülfət Ələddin oğlunu  belə bir əlamətdar gün münasibətilə  Daxili Qoşunların  istefada  və ehtiyatda olan zabitləri,doğmaları və iş yoldaaşları  səmimi qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və  həyat yollarında bitib - tükənməyən naliyyətlər arzu edib deyirlər, Ülfət qoy  hər yeni yaşınız  sizə sevincdolu illər bəxş etsin, hər yeni günüz isə  səni istəklərinizə qovuşduraraq daha da xoşbəxt etsin.


Mayor Məmmədov Ülfət Ələddin   oğlu    1970- ci ilin aprel ayının 2-də  Gəncə şəhərində zəhmətkeş ailədə anadan olub.


1987-ci ildə  Gəncə şəhər  orta məktəbi,  1991 -ci ildə SSRİ Daxili işlər nazirliyin Daxili Qoşunların LKGİ-60 illiyi adına Leninqrad (indiki Sankt- Peterburq)  Ali Hərbi Siyasi Məktəbi  bitirib. Ülfət Məmmədov   Daxili işlər nazirliyin müvafiq strukturlarında  xidmət etdiyi illər ərzində bir çox  təlim -metodiki toplanışlarda, xüsusi və hərbi  taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə, komanda -qərargah məşqlərində,  seminar və konfranslarda fəal iştirak edib.


1991  -  ci ildə  SSRi Daxili İşlər Nazirliyi Daxili Qoşunların Gəncə şəhərində yerləşən  xüsusi motorlaşdırılmış millis hərbi hissəsində bölük komandirin tərbiyəvi işləri üzrə müavini, 1992-1993-ci illərdə  Azərbaycan Respublikasının Daxili işlər nazirliyi Daxili Qoşunların Gəncə şəhərində yerləşən hərbi hissədə tabor komandirinin müavini, 1994-2011-ci illərdə isə Qaradağ və Binəqədi rayon polis idarələrində xidmət rəisi  və  baş inspektor  vəzifələrində Millətə, Dövlətə, Vətənə və Xalqa sədaqətlə  xidmət edib. “Polis Haqqında Qanunun” 34 cü madəsinin 6) bəndinə əsasən  Səhhətinə görə Daxili işlər orqanından ehtiyata buraxlıb. Hal -hazırda “AzərGold” QSC Göygöl rayonunda aparıcı- mütəxəssis vəzifəsində çalışır.


 mayor  Məmmədov Ülfət Ələddin oğlu    Daxil Qoşunlarda  və Daxili işlər orqanlarında xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara və  bir cox hərbi qulluqçulara (polis əməkdaşlarına)  Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi (Polis əməkdaşı ) Andın, hərbi, daxili qoşunların döyüş xidməti, Din-in isə post patrul xidməti  nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.


Qanunvericilikilə müəyyən  edilmiş  hallarda Daxil işlər Nazirliyin Daxili Qoşunlarına eləcə də  Daxili İşlər Orqanlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, mühüm dövlət obyektlərin, xüsusi yüklərin mühafizə olunmasında, yaşayış məntəqələrində  kütləvi  iğtişaşların qarşısının alınmasında, Cinayətlərin və digər  hüquqpozmaların qarşısınln alınması  və onların açılmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai qaydanın  və ictimai  təhlükəsizliyinin təmin edilməsində, fövqəladə  hallar   (fövqalədə vəziyyət və komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, bədbəxt hadisələrin, yanğınların, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.


Azərbaycanın ərazi bütövlüyü  uğrunda  (Kəlbəcər,Goronboy  Ağdam və Ağdərə  rayonları istiqamətində) gedən döyüşlərdə  fəal iştirak edib  və ağır yaralanıb.Müharibə Veteranıdır.


Öz  vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına və digər xidmətlərinə  görə    Daxili İşlər Nazırin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin,  Ali Hərbi Məktəb rəisinin, Bakı şəhər Baş Polis İdarə rəisinin, Hərbi hissə komandirinin, Qaradağ və Binəqədi   rayon polis idarə rəislərinin müvafiq əmrləri ilə            əla xidmətlərə görə fəxri (əlacı)   və yubiley döş nisanları  ilə təltif olunub,pul mükafatı ilə, bir çox  fəxri  fərmanlarla, qiymətli hədiyyələrlə həvəsləndirlib   və ona təşəkkür  elan edilib.


Hərbi və polis  yoldaşları  onu vətənpərvər, qorxmaz, səxavətli, əliacıq,  zəhmətkeş,  ən gözəl ailə başçısı, qətiyyətli, qayğıkeş insan və nüfuzlu zabit kimi dəyərləndirirlər. O, təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və çalışdığı  mühitdə, istərsə də qohum- əqrəba, dost - tanış  arasında özünə layiqli hörmət qazanıb.


Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün  qorunub saxlanmasında, Respublikada əmin - amanlığın təmin edilməsində, ictimai  asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə  öz xidməti vəzifələrini və hərbi hissənin (Binəqədi və Qaradağ rayon polis idarəsinin) qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə görə bir sıra medallarla təltif  edilib.




DOĞUM  GÜNÜN MÜBARƏK OLSUN ÜLFƏT!


HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN.


Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı  polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages