Təbrik:Mayor Ceyhun İsmayılov-51



Daxili işlər nazirliyi (DIN-in) Daxili Qoşunlarının həyatında öz dəsti - xətti   və xüsusi xidmətləri olan,peşəkarlığı, dərin zəkası, gözəl nitq qabiliyyəti, sadəliyi, iradl, səmimiyyəti , işgüzarlığı və mənəvi keyfiyyətləri ilə seçilən, ömrünün  ən məhsuldar dövrünün 30  ildən çox şərəfli xidmət yolunu  hərbi xidmətə həsir etmiş- ehtiyatda olan mayor İsmayılov Ceyhun Təbriz    oğlunun   aprel  ayının  11-də dünyaya göz acdığı gündür. 
Daimi həyatın bütün  imtahanlarından alnıaçıq və üzüağ çıxan, Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı-ehtiyatda  olan  mayor İsmayılov Ceyhun Təbriz   oğlunu belə bir əlamətdar gün münasibətilə Din-in Qoşunların  ehtiyatda və istefada olan zabitləri, doğmaları, iş və döyüşcü yoldaşları səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Ceyhun   qoy yaşınızın  üstə gələn bu yaş  da  sizə sevincdolu illər bəxş etsin, hər yeni günüz isə səni istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.
Peşəkar avtomobilist, vətənpərvər  və torpağına bağlı  insan, mayor İsmaylov  Ceyhun Təbriz oğlu 1973 -cı illin aprel ayının 11-də  Bakı şəhərində zəhmətkeş ailədə  anadan olub.
Əsil vətəndaşlıq mövqeyi ilə seçilən Ceyhun İsmayılov 1991-ci ildə Şəhid Kamil Əyyubov adına   Bakı şəhəri Nizami rayonun  12 nömrəli  orta məktəbi, 1999-ci ildə  Daxili Qoşunların gizirlər məktəbini, 2002-ci ildə isə  Din-in    Daxili Qoşunların zabitlər kursunu  bitrib.  
Mayor Ceyhun İsmayılov   Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Bas İdarəsində və hərbi hissələrində keçirlən bir çox təlim-metodiku toplanışlarda,  hərbi və xüsusi-taktiki təlimlərdə, komanda-qərargah məşqilərində, nümnəvi-göstərici məşğələlərdə, müvafiq ixtisasartırma kurslarda, seminar və konfranslarda fəal iştirak edib. 
 Xoş rəftarı  və şirin dili  ilə hər kəslə  isti münasibət yaradan,Ceyhun Təbriz  oğlu  İsmayılov 1991-1993-cü illərdə Din-in Daxili Qoşunların Ağdam,Ağdərə və Füzuli rayonlarda    yerləşən hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub.
1994 -2023-cü illərdə  Daxili işlər nazirliyi Daxili Qoşunların Füzuli, Xətai, Qaradağ  və Nərmanov    rayonlarında yerləşən hərbi hissələrində avtomobol və zirehli texnika  bolükdə taqım komandiri,helikopter esqadiriyasında YSM (yanaçaq və sürtkü  materialları) xidmətin rəisi, hərbi hissə komandirinin  müavini, Din-in  Daxili Qoşunların Baş i maddi- texniki təminat   idarəsində  isə zabit vəzifələrində Millətə, Dövlətə, Vətənə və Xalqa  sədaqətlə xidmət edib .
Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam, Ağdərə və Füzuli rayonları) istiqamətində gedən döyüşlərdə   üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə  gəlmişdir. Azərbaycan Respubilkasının  Silahlı Qüvvələr  və  Müharibə Vetranıdır.
Ceuhun İsmayılov Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Qanunvericiliklə müəyyən edilmiş  qaydada Daxil işlər nazirliyi Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,  mühüm dövlət obyektlərin, hərbi şəhərciklərin, Daxili işlər nazirliyinn və Daxili Qoşunların təchizat anbarların və inzibatı binaların mühafizə olunmasında, yaşayış məntəqələrində və islah-əmək müəssisələrində kütləvi iğtişaşların qarşlsının alınmasında, cinayətkarlığa qarşı mübarizədə, silahlı birləşmiş dəstələrin axtarışında və  zərərsizləşdirilməsində,şəhərdə, daxili işlər orqanları ilə birlikdə yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində  post-patrul xidməti  vastəsi ilə ictimai asayişin qorunmasında və ictimai təhlükəsuzliyin təmin olunmasında, fövqalədə hallar  və hərbi vəziyyət (komendant saatı)  zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, yanğınların, bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətətin ərazi bütövlüyünün təmin edilməsində (eləcə də 44 günlük  Vətən müharibəsində ) üzərinə düşən vəzifə və tapşırıqların öhtəsindən layiqincə  gəlmişdir.   
Hərbı yoldaşları Ceyhun İsmayılovu vətənpərvər, qoruxmaz, zəhmətkeş  hərbi qulluqçu kimi dəyərləndirirlər. O, istər təhsil aldıgı, orta və təhsil mərkəzlərində, istərsədə  xidmət etdiyi və işlədiyi müddətdə, istərsə də dost-tanış, qohum-əqrəba  arasında   özünə layiq hörmət  qazanıb.
Öz xidmət  vəzifələrini və  hərbi hissə  qarşısında  qoyulmuş tapşırıqları yerinə yetirərkən xüsusi fəriqləndiyinə və hərbi xidmət kecdiyi dövrdə  göstərdiyi digər xidmətlərə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının  və onun müavinlərinin,  hərbi məktəb rəisinin,  hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə   əlacı və yubiley  döş  nişanları ilə təltif edlib, bir çox  fərmanlarla, diplomlarla, qiymətli hədiyələrlə mükafatlandırlıb, ona təşəkkür elan edilib və aşağıdakı medallarla  təltif edilib:
1."Azərbaycan Respubilkası  Silahlı Qüvvələri Veteranı" medalı ilə;

2."Azərbaycan  Respublikası Silahlı Qüvvələrinin yaranmasının 10 illiyi  ( 1991 - 2001 )”  yubiley   medalı ilə;

3."Azərbaycan Respublikası  Silahlı Qüvvələrinin yaranmasının  90 illiyi ( 1918 - 2008)” yubiley  medalı ilə;

4."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin yaranmasının" 95 illiyi  (1918 - 2013 )” yubiley medalı ilə;

5.”Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018) yubiley medalı ilə;

6."Qüsursuz xidmətə görə 1 -ci  dərəcəli medalı - Silahlı Qüvvələrdə  20  təqvim ili xidmətə görə;

7."Qüsursuz  xidmətə görə" 2-ci dərəcəli medal  - Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;

8.”Qusursuz xidmətə  görə” 3-cü dərəcəli medal-Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə.

Mayor Ceyhun İsmayılov öz xidməti  vəzifələrini  və hərbi hissə  qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən   fəriqləndiyinə görə Azərbaycan Respublikası Prezidentinin  11 mart 2020-ci il tarixli  1917 saylı sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medal ilə təltif  olub. 

 ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  CEYHUN!
BÜTÜN ARZULARIN CİN OLSUN! HƏMIŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYIN SEVINSIN!

Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev


Hiç yorum yok:

Yorum Gönder

Pages