Təbrik:Kamran Məmmədov - 44



 İnsan ücün ən yadda qalan günlərdən biri onun doğum günüdür. Belə insanlardan biridə vətənpərvərliyi, işgüzarlığ, iradı  və  mənəvi keyfiyyəti  ilə seçilən, ehtiyatda olan leytenat  Məmmədov Kamran Vaqif   oğludur. Aprel ayının 8 - də onun   dünyaya göz acdığı gündür.
 
   Daimi həyatın  bütün  imtahanlarından alnıaçıq və üzüağ çıxan  ehtiyatda olan  leytenat Məmmədov Kamran Vaqif oğlunu  doğum günü münasibətilə  Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların  ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları və iş  yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı, həyat yollarında bitib- tükənməyən naliyyətlər arzu edib deyirlər, Kamran   qoy hər yeni yaşınız  sizə sevinc dolu günlər bəxş etsin, hər yeni iliniz  isə  sizi  istəklərinə qovuşduraraq  daha  da xoşbəxt etsin.

  Leytenat Məmmədov Kamran Vaqif     oğlu 1980 -ci ilin aprel    ayının  8 -də Bakı şəhərində zəhmətkeş ailədə   anadan olub. 1996 - ci ildə Vətən Müharibəsi  Qəhrəmanı Zaur Nudirəliyev adına Bakı şəhər  Nərmanov rayon   47 nömrəli tam orta   məktəbi,   2001 -   ci ildə isə   Azərbaycan Dövlət Pedoqoji  Universitetinin hərbi hazırlıq fakultəsini   bitirib.
     
Kamran Məmmədov  2001-2004 - cü illərdə  Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Hacıqabul və  Xətai rayonlarında, Sumqayıt (Şirvan) şəhərində yerləşən  hərbi hissələrində  müxtəlif  vəzifələrdə Vətənə  və Xalqa  sədaqətlə xidmət edib. Kamran Məmmədov hal - hazırda Business Restaurant  sahəsində işləyir.
 
Leytenat Kamran  Məmmədov Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi,  Hərbi Andın, hərbi və daxili qoşunların  döyüş xidməti nizamnamələrinin və  hərbi qulluqçuların  etik davranış  kodeksinin tələblərinin,  əmr və sərəncamların  dəqiq və sözsüz yerinə yetirilməsi işində bir cox hərbi qulluqculara səxsi  nümunə olub.

Kamran Məmmədov Daxili Qoşunların  Baş İdarsində və hərbi hissələrində keçirilən təlim-metodiki toplanışlarda, müvafiq ixtisas artırma  kurslarda,  hərbi və xüsusi - taktiki təlimlərdə, nümnəvi - göstərici məşğələlərdə, seminar və konfranslarda fəal iştirak etmişdir.

    
 Qanunvericiliklə müəyyən olunmuş qaydada   DİN- in  Daxili Qoşunlarına  həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində  və  kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai asayişin qorumasında və ictimai asayişin təhlükəsizliyinin təmin olunmasında, yaşayış  məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizənin təşkilində, mühüm dövlət obyektlərin və hərbi təchizat anbarların mühafizə edilməsində, fövqalədə vəziyyət zamanı hüquqi rejimin təmin edilməsində, baş vermiş qəzaların,bədbəxt hadisələrin, yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində leytenat Kamran  Məmmədov     üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
    
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə  Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin  müvafiq əmri iIə yubiley döş nişanı ilə təltif olunub,  fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

Hərbi yoldaşları Kamran  Vaqif oğlu Məmmədovu    vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.



DOĞUM GÜNÜN MÜBARƏK OLSUN  KAMRAN !

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN  SEVİNSİN!
  
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr  və Müharibə Veteranı polkovnik  Salman   Musayev
   
   

Hiç yorum yok:

Yorum Gönder

Pages