Daxili İşlər Nazirliyi (Din-in) Daxili Qoşunların hərbi hissələrinin ( hərbi hospitalının) həyatında tibb xidməti sahəsində öz dəsti -xətti olan, peşəkarlığı, dərin zəkası,iradı, işgüzarlığı və səmimiyyəti ilə secilən, ömrünün ən məhsuldar dövrünün 20 ildən coxunu hərbi xidmətə həsr edən- ehtiyata olan tibb xidməti mayoru Venera Abdullayevanın aprel ayının 4 - də onun dünyaya göz acdığı gündür.
Venera həkim 1973 -ci ilin aprel ayının 4-də Bakı şəhərində zəhmətkeç ailədə anadan olub.1990-cı ildə orta məktəbi, 1996 -cı ildə Azərbaycan Dövlət Tibb Universtetini bitrib.O, dəfələrlə həkimlərin təhkimləşdirmə inistitunda ixtisasartırma kurslarda, seminar və konfranslarda olub.
Ali dərəcəli, qayğıkeş terapevt həkim Venera Abdullayeva 2003-2023-cü illərdə Daxili Qoşunların hərbi hissələrində ( hərbi hospitalında) terapevt həkim (ordinator) və tibb xidməti rəisi vəzifələrində Millətə,Dövlətə,Vətənə və Xalqa sədaqətlə xidmət edib
Öz xidməti vəzifələrini və hərbi hissə (hərbi hospital qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fəriqləndiyinə və hərbi xidmət keçdiyi dövrdə digər xidmətlərinə görə Daxili işlər nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin (hərbi hospital rəisinin) müvafiq əmirləri ilə yubiley döş nişanları ilə təltif olunub, pul mükafatı ilə,bir çox fərmanlarla ,qiymətli hədiyyələrlə mükafatlandırlıb,ona təşəkkur elan edilib və aşağıdakı medallarla təltif edilb:
1.”Qusursuz xidmətə görə” 1-ci dərəçəli medal- Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
2.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal -Silahlı Qüvvələrdə 15-təqvim ili xidmətə görə;
3.”Qusursuz xidmətə görə” 3 dərəcəli medal -Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
4.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə;
5.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95-illiyi (1918-2013)” yubiley medalı ilə.
Venera həkim,həkimlik ən gözəl, ən şərəfli peşələrdən biridir. İnsanların sağlamlığı üçün daima çalışan insanlar seçilən və sevilən insanlardandır. Siz də Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında öz insanlığınız,peşənizə olan sevginizlə sənətinizi daim dürüst bir şəkildə yerinə yetirərək sevilən seçilən insanlardan olmusuz və bundan sonrada olacaqsız. Arzu edirəm daim zirvələrdə, yüksəklərdə olasınız. Bu gün coşqun, bəzən sevincli, bəzən kədərli, bəzən duyğulu amma yorğun bir il daha ötüb keçir həyatınızdan. Ad gününüz mübarək olsun dəyərli həkim. Arzu edirəm yeni yaşınızda xoşbəxtliklərin ən gözəlini yaşayasız, ən yaxşı layiqli zirvələrdə olasız. Ən əsası sizə uzun və sağlam ömür arzu edirəm. Sevdiklərinizlə, ailənizlə gözəl günlər keçirəcəyiniz illərin, günlərin sayı çox olsun.
Siz o insanlardansınız ki, daima xalqa xidmət göstərən,peşəsini şərəflə, layiqincə yerinə yetirməyə çalışanlardansınız. Böyük ürəyə sahib olan vətənpərvər bir həkimsiz. Siz çevrənizdəki insanlara hər zaman ilham verdiniz və onları hər zaman dəstəkləyib doğru yönləndirdiniz.
Ad günləri yeni başlanğıc və hədəflər üçün özəl bir gündür. Arzu edirəm, bu yeni yaşınızda yeni başlanğıclara addım atacağınız və hədəflərinizə çatacağınız bir il olsun. Bir daha sizi ürəkdən təbrik edir,yeni yaşınızda sizə yeni nəaliyyətlər,yeni uğurlar arzulayıram.
Təbrikə Daxili İşlər Nazirliyin Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri (tibb işciləri), doğmaları, əzizləri , yaxınları və iş yoldaşları qoşulur.
Azərbaycan Respubilkasının Silahlı Qüvvələri və Müharibə Veteranı Polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder