Təbrik: Tibb xidməti mayoru İmzadə İmanov -55

 
Tarixi boyu həkimlik sənətinə ülvi bir peşə, həkimə  isə müqəddəs bir şəxs kimi yanaşılmışdır. Sənədini mükəmməl bilən insanların sağlamlığının keşiyində  ləyaqətlə  duran, onların qayğısına qalan həkimlərin  xətrini el-oba əziz tutulmuşdur.  Hətta  el arasında müdrüik  adamları loğmanla müqayisə edirlər.
  
Həkim adını daşımaq nə qədər məsuliyyətli   olsa da bir o qədər də şərəflidir. Xalqının səhhətini qorumaq,  hər kəsin öz sağlamlığını və həyatın   etibar edəcəkləri qədər inamını   qazanmaq  hər insana nəsib olmur. Möcüzəli əlləri ilə insanlara şəfa bəxş edərək,xarakteri ilə səhhətlərində yaranmış   problemlərini unutduraraq  həkimlərin peşə vəzifələrinin ən ümdə  məqamlarından biridir.
    Şərəfli  ömür yolu keçmiş insanların  sağlamlığını ləyaqətlə qorumuş, qayğıkeş həkim, kiçikdən böyüyə  onu tanıyanların  hər   birinin rəğbətini qazanmış peşəkar,  dürüst, vətənpərvər,  daimi hərbi qulluqçuların yaddaşnda qalan peşəkar, təcürbəli həkim, gözəl insan istefada  olan   tibb xidməti mayoru  İmzadə İmanovun aprel ayının 24-də  dünyaya göz acdığı gündür.

     Daima həyatın bütün imkanlardan alnıaçıq və üzüağ çıxan  istefada olan tibb xidməti mayoru İmzadə İmanovi  bu əlamətdətdar  gün münasibətilə  Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, doğmaları, yaxınları, həkim və iş yoldaşları səmimi- qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və uzun ömur arzu edib, deyirlər  İmzadə həkim qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu  günlər  bəxş  etsin.Sevdiklərinizlə,ailənizlə gözəl günlər kecirəcəyniz illərin və günllərin sayı çox olsun.

Tibb xidməti mayoru  İmanov İmzadə Əlizadə oğlu 1969-cu ilin  aprel  ayının 24 -də  Ağsu rayonun  Padarcöl kəndində  zəhmətkeş ailədə anadan olub.
  Imzadə həkim  1986- cu ildə  Ağsu rayonun  Padaçöl kənd orta məktəbi, 1996- ci ildə Azərbaycan Dövlət Tibb  Universitetini bitrib. 1996-1997-ci illərdə Bakı  şəhər mərkəzi  xəstəxanaların  birində  internatura keçib.
O, 1985-1986- cı illərdə  Sovet Ordusunun Moskva şəhərində  yerləşən hərbi hissələrin  birində  müddətli həqiqi hərbi xidmətdə olub.
1998- 2017-ci İllərdə  tibb xidməti mayoru  İmzadə İmanov    Daxili İşlər Nazirliyi Daxili Qoşunların  Xəzər  rayonunda yerləşən hərbi hissədə, təlim -tədris mərkəzində ,orta ixtisas və ali hərbi məktəbdə həkim- terapevt, məntəqə rəisi və tibb xidmət rəisi   vəzifələrində Millətə, Dövlətə, Vətənə  və Xalqa  sədaqətlə xidmət edib.Hal hazırda  İmzadə həkim  Bakı Mərdakən qəsəbəsi Xəzər rayon  təcili yardım stansiyasında həkim vəzifəsində  işləyir.

O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində   Daxili Qoşunların Bas İdarəsində,  hərbi hospitalında və hərbi hissələrində  keçirilən bir cox  təlim- metodik  toplanışlarda, hərbi və xüsusi- taktiki təlimlərdə, semnarlarda, konfranslarda işyirak edib,İmzadə dəfələrlə  Dövlət Həkimlərin   Təhkimləşdirmə İnstitunda  müvafiq     ixtisas artırma kurslarında olub.
Mayor İmzadə İmanovu    hərbi və həkim yoldaşları onu  vətənpərvər, qorxmaz, səxavətli,  insanpərvər, əliaçıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,    istərsədə  dost - tanış , qohum - əqraba  arasında özünə böyük hörmət qazanıb.
 İmzadə həkim  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi istiqamətində, Hərbi Andın,  Hərbi və Daxili Qoşunların Döyüş xidməti nizamnamələrin tələblərinin dəqiq və sözsüz  yerinə yetirilməsində bir cox hərbi qulluqçulara, həkimlərə şəxsi nümunə olmuşdur. Hippaokrat andı içən İmzadə  həkim    o, anda   sadiq olaraq, ona həvalə edilmiş vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Şərəfli  xidmət yolunun  20 ildən  çoxunu  Daxili Qoşunlarda  keçirmiş və hal -hazırda  təqaüddə olan İmzadə İmsnovun Vətən qarşısında xidmətləri onu tanıyanlar tərəfindən heç vaxt unudulmayacaq. 
Səmərəli fəaliyyətinə görə İmzadə İmanov  Daxili İşlər Nazirinin,  Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, orta və ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə, əla xidmətlərə görə əlaçıvə yubiley  döş   nişanları ilə təltif olunub , bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə        mükafatlandırıb , ona təşəkkür elan edilib  və aşağıdakı medallarla  təltif edilib:
1.”Qüsursuz xidmətə görə” 3-cü dərəcəli  medal ilə- Silahlı Qüvvələrdə  10 təqvim ili xidmətə görə;
 2.”Qüsursuz  xidmətə görə” 2 dərəcəli medal ilə- Silahlı Qüvvələrdə 15 təqvim ili  xidmətə görə;

3.”Qusursuz  xidmətə görə”  1-ci dərəcəli  medal -Silahlı Qüvvələrdə  20 təqvim ili xidmətə görə;

4.”Azərbaycan Respubilkası  Silahlı Qüvvələrinin 90 illiyi ( 1918 -2008)” yubiley  medalı ilə;

5.” Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin  95 illiyi  (1918 2013)” yubiley   medalı ilə.

DOĞUM GÜNÜZ MÜBARƏK OLSUN DƏYƏRLİ  HƏKİM !

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN
   
 
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr  və Müharibə Veteranı polkovnik Salman Musayev

Hiç yorum yok:

Yorum Gönder

Pages