Təbrik: Polkovnik leytenat Zaur Rzayev-61




    İnsan üçün ən yadda qalan günlərdən başlıcası onun həyata gəldiyi gündür.Ömürə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. Bələ insanlardan biri də Daxili işlər nazirliyi Daxili Qoşunların  həyatında öz dəst xətti olan, hərbi  peşəkarlığı, 
humanistliyi, işgüzarlığı,iradı, mənəvi keyfiyyəti, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti və vətənpərvərliyi ilə seçilən, Allahın verdiyi şərəfli və mənalı ömürün ən məhsuldar dövrünün 24 ildən   çoxnu  hərbi xidmətdə keçirmiş, müharibə veteranı - istefada olan  polkovnik leytenant Rzayev Zaur Mirzə oğludur. Aprel ayının 24 də  onun dünyaya göz acdığı gündür.

Daima həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan   polkovnik -leytenant  Rzayev Zaur Mirzə oğlunu doğum günü munasbətilə  Daxili işlər nazirliyi (Din-in)  Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri ,doğmaları,əzizləri,yaxınları, döyüşcü və iş yoldaşları  səmimi qəlbdən təbrik edir,səbəbkara  həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib-tükənməyən nailiyyətlər arzu edib deyirlər, Zaur  qoy  yaşının üstə gələn bu yaş  da sizə sevincdolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək  şəkildə keçsin.

   Polkovnik- leytenant Rzayev Zaur Mirzə oğlu 1963 -cü ilin  aprel ayının 24 -də  Bakı şəhərində Polis ailəsində anadan olub. Atası  Polis mayoru Mirzə Rzayev uzun illər Daxili işlər orqanlarında xidmət edib.  
Zaur Rzayev  1978 -ci ildə  Bakı şəhərində  9 nömrəli orta məktəbi, 1980-ci ildə  Müdafiə Nazirliyinin Cəmşid Naxçıvanski Adına Hərbi Liseyi,  1984-cü ildə isə Bakı Ali  Hərbi Komandirlər məktəbini bitirib.O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində  Daxil Qoşunların Baş İdarəsinində və hərbi hissələrdə keçirilən  bir çox təlim-metodiki  toplanışlarda,  müvafiq kurslarda, treninqlərdə, hərbi və  xüsusi -taktiki təlimlərdə, nümunəvi- köstərici məşğələlərdə ,seminar və konfranslarda fəal iştirak edib.
      1984- 1988-ci illərdə  Bakı Ali Hərbi Komandirlər məktəbində  tədris taqım komandiri,  1988- 1991- ci illərdə  Naxçıvan Muxtar Respublikasının Şahbuz rayon hərbi komisarın müavini vəzifələrində işləyib
   1992 - 2002 -ci   illərdə  Daxili İşlər Nazirliyinin Daxili Qoşunların  Şirvan (Əlibayramlı ) şəhərində,Xaçmaz rayonun Yalama qəsəbəsində, Binəqədi və Xətai rayonlarında yerləşən hərbi hissələrdə Nizami hissə rəisi, tabor qərargahnın  rəisi, tabor komandiri, hərbi hissə komandirinin müavinini - qərargah rəisi ,Daxili Qoşunların Baş idarəsinin  Təşkilat Komplektləşdirmə şöbəsində isə baş zabit vəzifələrində Millətə, Vətənə Dövlətə və Xalqa sədaqətlə  xidmət etmişdir.

  Zaur Rzayev  Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
      Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, Hərbi Andın,  hərbi və daxili Qoşunların döyüş xidməti nizamnamələrin  eləcə də digər hüquqi- normativ aktların  tələblərinə, vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçular fədakar hərbi xidmətə ruhlandırmışdır.
    Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi  xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Qanunvericiliklə  müəyyən olunmuş qaydada  Daxili Qoşunlara həvələ olunmuş vəzifə və  tapştıqların  yerinə yetirilməsində, şəhərdə,yaşayış məntəqələrində və  kütləvi tədbirlərin  keçirilmə yerlərində  ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda,  yaşayış məntəqələrində və cəzacəkmə müəssisələrində   iğtişaşların qarşısının alınmasında,  mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə,  qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga  və zərərsizləşdirilməsində , hərbi və  fövqaladə vəziyyət (komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində,qəzaların, bədbəxt hadisələrin, yanğınların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında,   dövlətin ərazi bütövlüyünün təmin edilməsində  üzərinə düsən vəzifə və tapşırıqları  məsuliyyət  və şərəf hissi ilə  yerinə yetirmişdir.

     Səmərəli və məqsədyönlü fəaliyyəti ilə fəriqləndiyinə görə Zaur Rzayev  SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından  SSRİ Müdafiə Nazirinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə «Qüsursuz xidmətə görə” 1-ci ,2-ci və 3-cü dərəcəli,  “SSRİ  Silahll Qüvvələrinin  70 illiyi (1918-1988)” , “Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin isə  10 -illyi  (1991-2001)”yubiley medalları ilə təltif edilib
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ZAUR!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Azərbaycan Respublikasının Silahlı Qüvvələr   Və Müharibə Veteranı  polkovnik Salman Musayev

   

Hiç yorum yok:

Yorum Gönder

Pages