Ömürünün, önəmli bir hissəsinin şərəfli xidmət yolunu Sovet Ordusunda və Müzəffər Ordmuzun əsas dayaq hissələrdən biri olan Azrbaycan Respublikası Daxili Işlər Nazirliyi (Din-in) Daxili Qoşunların tərkibində şərəfli xidmət yolu kecmiş Şəhid atası Silahlı Qüvvələr və Müharibə Veteranı- istefada olan polkovnik leytenant Kazımov Qurbanəli Musa oğlunun aprel ayının 29 -da dünyaya göz acdığı gündür
Dəyərli həmkarmız Qurbanəli Kazımovun şərəfli hərbi peşəsini ailəsində oğlu Kamran Kazımov çox uğurla məharətlə davam etdirmişdir.Atasının şərəfli yolunu daşıyan gənc hərbiçi baş- leytenant Kamran Kazımov 44 - günlük Vətən müharibəsində Daxili Qoşunların Xüsusi təyinatlı Dəstəsinin tərkibində qrup komandiri kimi Füzulinin,Cabrayılın və Kəlbəcərin azad olunmasında əldə silah yaxından iştirak etmişdir.Növbəti vəzifə və tapşırıqları yerinə yetirərkən, qəhramancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəlmişdir. Azərbaycan döləti qarşısında xidmətləri olan şəhid Kamran Qurbanəli oğlu Füzulinin, Cəbrayılın, Kəlbəcərin işğaldan azad olunmasında böyük xidmətləri ollmuşdur.O, Dövlət Mükafatları ilə ( "Qarabağ Ordeni" ," Vətən Uğrunda " ," Cabrayılın azad olunması, " Kəlbəcərin azad olunması ", " İgidliyə görə" "Qüsursuz xidmətlərə görə" 2-ci və 3-cü dərəcəli", "Azərbaycan Respubilkası Silahlı Qüvvələrin yaranmasının" isə 10-iliyi , 90- illiyi və 95-iliyi yubiley medalarla təltif edilib. Dəyərli Vətən oğlu, yaxşı ailə başçısı Qurbanəli Kazımova şəhid ailəsi kimi ehtiramımızı bildiririk.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan,Daxili Qoşunların həyatında öz dəst- xətti olan, Şəhid atası Silahlı Qüvvələrin və Müharibə Veteranı- istefda olan polkovnik - leytenant Kazımov Qurbanəli Musa oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, iş və döyüşcü yoldaşları,səmimi- qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm cansağlığı və həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib, deyirlər
Qurbanəli qoy yaşınızın üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik - leytenant Kazımov Qurbanəli Musa oğlu 1967 - ci illin aprel ayının 29 da Azərbaycan Respublikasının Ucar rayonunun Bərgüşad kəndində zəhmətkeş ailədə anadan olub.
1984 - cü ildə Ucar rayonun Bərgüşad kənd orta məktəbini, 1988 - ci ildə isə Estoniya Sovet Sosialist Respublikasının Tallin şəhərində Ali Hərbi Siyasi Məktəbi bitirib. O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir cox təlim- metodiki toplanışlarda, müvafiq kurslarda, xüsusi - taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
O,1988 - 1992 -ci illərdə Rusiya Sovet Sosialist Respublikasının Voloqda Vilayətində yerləşən hərbi hissələrin birində böluk komandirinin tərbiyəvi işlər üzrə müavini, böluk komandiri vəzifəsində olub.
1992 - 2012 -ci illərdə Din-in Daxili Qoşunların Nərimanov
rayonunda, Gəncə və Lənkəran şəhərlərində yerləşən hərbi hissələrində böluk komandiri, Nizami hissə rəisi, alay
(briqada) komandirinin tərbiyəvi işlər üzrə müavini, Daxili Qoşunların Bas İdarəsində isə əməliyyat və kadrlar şöbələrində baş zabit, kadırlar şöbəsinin rəis müavini, kadırlar şöbəsinin rəis əvəzi vəzifələrində Millətə Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
Qurbanəli Kazımov
Qanunvericilikilə müəyyən olunmuş qaydada Daxil İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin keçirilmə yerlərində ictimai asayişin qorunmasında və ictimai təhlükəsizliyin təmin olunmasında,dövlət əhəmiyyətli obyektlərin və təchizat anbarların mühafizə olunmasında, bədbəxt hadisələr, qəzalar,yanğınlar, təbii fəlakətlər və başqa fövqalədə vəziyyət (komendat saatl və hərbi vəziyyət) zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, cinaətkarlığa qarşı mübarizədə, eyni zamanda hərbi hissə komandirinin tərbiyəvi işlər üzrə müavini (kadırlar şöbəsinin rəis müavini) kimi kuratoru olduğu xidmət sahələrinin fəalıyyətının cevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində yüksək peşəkarlıq və təşkilatçılıq bacarığı nümayiş etdirmiş, dövlətin ərazi bütövlüyün təmin edilməsində isə üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Polkovnik-leytenant Qurbanəli Kazımov uzaqgörən, savadlı, sözünü hər yerdə deyən, ədalətli, mərd, mehriban, istiqanlı, coşqun təbiətli, gözəl natiq və daxili sağlığı ilə bəli olan geniş dəyərli vətənpərvər, vətəni sevən millət oğludur.
O, Daxil Qoşunlarda xidmət etdiyi illər ərzində öz tabeliyində olanlara Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi Andın, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinin, əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində daimi nümunə olmuşdur.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.Müharibə Veteranıdır.
Hərbi Xidməti Vəzifələrinin icrasına məsuliyyətlə yaşadığına, SSRİ Müdafiə Nazirinin, Azərbaycan Respubilkası Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanının və onun müavinlərinin, ali hərbi məktəb rəisinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı, yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə, bir cox fəxri fərmanlarla,diplomlarla qiymətli hədiyyələrlə, mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə, təlimlərdə, xüsusi əməliyyatlarda, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqləndiyinə, şücaət və fədakarlıq göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə aşağdakı medalarla təltif edilib.
1."Azərbaycan Respubilkası Silahlı Qüvvələr Veteranı" medalı ilə;
2."Qüsursuz xidmətlərə görə " 1-ci dərəcəli medal-Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
3.”Qusursuz xidmətə görə” 2-ci dərəcəli medal- Silahlı Qüvvələrdə15 təqvim ili xidmət görə;
4.”Qusursuz xidmətə görə” 3-cü dərəcəli medal- Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
5."Azərbaycan Respubilkası Silahlı Qüvvələrinin 10-iliyi(1991-2001)” medalı ilə;
6.”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90-illiyi (1918-2008)” medalı ilə.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN . QURBANƏLİ !
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respubilkasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder