Ömrünün önəmli bir hissəsini Daxili işlər Nazirliyinin Daxili Qoşunlarda hərbi xidmətə həsr etmiş, yüksək intellektual səviyyəsi, idarəçilik qabiliyyəti,dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, təvözakarlığı və vətənpərvərliyi ilə seçilən, istefada olan polkovnik leytenat Ağayev Naib Eyub oğlunun aprel ayının 23 -də dünyaya göz acdığı gündür.
Bu bahar təravətli yaz günündə SSRİ və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında, Azal Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizlik İdarəsində sayagəlməz uğurları və xüsusi xidmətləri olan- istefada olan polkovnik leytenat Ağayev Naib Eyub oğlunu doğum günü münasibətilə Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri,əzizləri, doğmaları,yaxınları, döyüşcü və iş yoldaşları səmimi- qəlbdən təbrik edir,səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib - tükənməyən nailiyyətlər arzulayırlar.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan istefada olan polkovnik leytenat Ağayev Naib Eyub oğluna arzu edib deyirik ki Naib qoy yaşının üstə gələn bu yaş sizə sevinc dolu günlər bəxş etsin, hər yeni ilin isə ötən illərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Ağayev Naib Eyub oğlu 1959 - cu ilin aprel ayının 23- də Azərbaycan Respublikasının Masallı rayonunun Hişkədərə kəndində zəhmətkeş ailədə anadan olub.
1976 - cı ildə Masallı rayonun Hişkədərə kənd orta məktəbi, 1982 - ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların LKGİ 60 - illiyi adına Leniqrad (Sankt-peterburq) Ali Hərbi Siyası Məktəbi, 2005 - ci ildə Sankt-Peterburq şəhərində Aviasiya Universitetini bitirib. O, DİN-in Daxili Qoşunlarında, Azal Qapalı Səhmdar Cəmiyyətinin Təhlükəsizlik İradəsində xidmət etdiyi illər ərzində, Daxili Qoşunların Baş İdarəsində, eləcə də Bakı şəhərində və Xarici ölkələrdə (2006-ci ildə Amerika Birləşmiş Ştatlarında, 2007- də İsrail Dövlətində, 2010- cu illərdə Ukrayna Respublikasında , 2012 -ci ildə isə Rusiyanın Moskva şəhərində müvafiq kurslarda, hərbi və xüsusi - taktiki təlimlərdə, nümunəvi göstərici məşğələlərdə seminar və konfranslarda fəal iştirak edib.
1977 - 1978 -ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Perm Vilayətində yerləşən Konvoy - Mühafizə alayında müddətli həqiqi hərbi xidmətə olub.
1982 - 1994 - cü illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Novosibirsk, Sverdlovsk və Perm Vilayətlərində yerləşən hərbi hissələrində bölük komandirinin tərbiyəvi işlər üzrə müavini, bölük komandiri və tabor qərargahının rəisi, 1994- 1999- cu illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Döyüş Hazırlığı İdarəsində Qoşun xidməti bölməsinin rəisi, Daxili Qoşunların Bas İdarəsinin Nərimanov və Hacıqabul rayonlarında yerləşən hərbi hissələrin birində alay komandirinin birinci müavini və alay komandiri əvəzi vəzifələrində Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.
1999 - 2008 -ci illərdə Azal Qapalı Səhmdar Cəmiyyətin Aviasiya Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində olub. Avasiya üzrə dosent Naib Ağayev 2008- 2014 - cü illərdə Milli Aviasiya Akademiyasının Təhlükəsizlik Kafedrasında baş müəlim vəzifəsində işləyib, 2014 -cü ildən etibarən o, Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində işləyir.
O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına, Hərbi andın, hərbi və daxili İşlər nazirliyinin daxili qoşunların döyüş xidməti nizamnamələrinin tələblərinə əməl etməkdə, vəzifə borclarının dəqiq vəsözsüz yerinə yetirilməsində öz tabeliyindəkilər üçün nümunə olmuşdur.
Azərbaycan dövləti və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları qarşısındakı öz hərbi andı ilə öhdəsinə götürdüyü vəzifə borcunu axıra qədər ləyaqətlə yerinə yetirmişdir.
Polkovnik -leytenat Naib Ağayev Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Naib Eyub oğlu Ağayev hansı vəzifədə xidmət etməsinə və işləməsinə baxmayaraq Ulu Öndərin idealarına , dövlət başçımızın yeritdiyi siyasətə, dövlətçiliyə sadiq, hər zaman sözu ilə əməli bir olan zəhmətkeş zabit və yaxşı ailə başçısı olub.
Qanunvericlik ilə müəyyən olunmuş qaydada Daxili İşlər Nazirliyi Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində,şəhərdə,yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai təhlükəsizliyin təmin edilməsində,ictimai asayişin qorunmasında,yaşayış məntəqələrində və cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşların qarşısının alınmasında, cinayətkarlığa qarşı mübarizədə,qəzalar,yanğınlar, bədbəxt hadisələr, təbii fəlakətlər və başqa hərbi və fövqalədə vəziyyət (komendant saatı) zamanı hüquqi rejimin təmin edilməsində, eyni zamanda hərbi hissə komandirinin birinci müavini və hərbi hissə komandirinin əvəzi kimi kuratoru olduğu xidmət sahələrin və bölmələrin fəaliyyətinin çevik və məqsədyönlü idarə olunmasında, düzgün istiqamətləndirilməsində yüksək peşəkarlıq və təşkilatclıq bacarığı nümayiş etdirmişdir.
Naib müəllim Azərbaycan dövlətinin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.
Polkovnik leytenant Naib Ağayev SSRİ Daxili işlər Nazirliyinin Daxili Qoşunlarında böluk komandirinin tərbiyəvi işlər üzrə müavini və böluk komandiri olduğu illər ərzində onun xidmət etdiyi böluk təftiş, ümumi və yekun yoxlamaların nəticələrinə görə tədris dövru və tədris ili ərzində xidmət etdiyi diviziyanın və hərbi hissənin böluklər arasında ən yaxşı nəticələr göstərdiyinə görə birinci yeri tutmuş və əlaçı böluk olmuşdur.
O, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında, Azal Qapalı Səhmdar Cəmiyyətinin Avasiya Təhlükəsizlik İdarəsində, Təhsil Nazirliyinin isə Aviasiya Akademiyasında və Peşə təhsili üzrə Dövlət Agentliyində tutduğu vəzifələrinin icrasına məsuliyyətlə yaşadığına görə SSRİ və Azərbaycan Respublikası Daxili İslər Nazirlərinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Ali hərbi Məktəb rəisinin, diviziya və hərbi hissə komandirinin, Təhsil Müəssisələrinin rektoru və direktorunun, Azərbaycan Hava yolları Qapalı Səhmdar Cəmiyyətinin sədrinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı yubiley və müvafiq idman dərəcəsi döş nişanları ilə, bir cox fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan olunub.
Səmərəli və məqsədyönlü fəaliyyəti ilə fəriqləndiyinə görə SSRİ Ali Soveti və Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə "Qüsursuz xidmətlərə görə" 1-ci, 2-ci və 3-cü dərəcəli, "SSRİ Silahlı Qüvvələrin" 70 -illiyi, “Azərbaycan Respubilkası Silahlı Qüvvələrininnisə 10 -illiyi yubiley medalları ilə təltif edilib.
YUBİLEY GÜNÜN MÜBARƏK OLSUN NAİB!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder