Daxili işlər nazirliyi (Din-in) Daxili Qoşunların həyatında öz dəst- xətti olan, işgüzarlığı , yüksək intellektual səviyyəsi və idarəçilik təcrübəsi ilə seçilən, Alahın verdiyi şərəfli və mənalı ömrünün ən məhsuldar dövrünün 26 ildən çoxunu hərbi xidmətdə kecirmiş- ehtiyatda olan polkovnik- leytenant Aslanov Emin Vidadi oğlunun aprel ayının 22-də dünyaya göz acdığı gündür.
Daimi həyatın imtahanlarından alnıaçıq və üzüağ çıxan, ehtiyatda olan polkovnik- leytenant Aslanov Emin Vidadi oğlunu doğum günü münasibətilə Din-in Daxili Qoşunların ehtiyatda və istefada olan zabitləri, əzizləri,doğmaları və iş yoldaşları,
səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan ücün ən şirin nemət olan möhkəm cansağlığı həyat yollarında bitib- tükənməyən nailiyyətlər arzu edib deyirlər,
Emin qoy yaşının üstə gələn bu yaş da sizə sevinc dolu günlər bəxş etsin, hər yeni günün isə ötən günlərdən daha gözəl istəklərinə uyğun sizi xoşbəxt edəcək şəkildə keçsin.
Polkovnik- leytenant Aslanov Emin Vidadi oğlu 1975 -ci ildə aprel ayının 22- də Bakı şəhərində zəhmətkeş ailədə anadan olub.
1992- ci ildə Bakı şəhər 91 saylı tam orta məktəbi («Əla» qiymətlərlə), 1996- ci ildə Azərbaycan Dövlət Pedaqoji Universiteti, 2001 -ci illərdə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda yerləşən təlim-tədris mərkəzində zabitlərin təhkimləşdirmə kursunu bitrib. Daxili Qoşunlarda xidmət keçdiyi dövrdə bir sıra Xarici ölkələrdə ixtisas artırma kurslarda olub. Emin Aslanov Din-in Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox təlim- metodiki toplanışlarda, nümnəvi- göstərici məşğələlərdə,hərbi və xüsusi- taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
1996- 2000 -ci illərdə Müdafiə Nazirliyin Cəmşid Naxcvanski Adına Hərbi Liseyində taqım komandiri, 2001-2023-cü illərdə isə Daxili İşlər Nazirliyi Daxili Qoşunların Baş İdarəsinin hərbi hissələrində və ali hərbi məktəbdə taqım komandiri, böluk komandiri, tabor komandirinin müavini-qərargah rəisi, tabor və dəstə komandiri, müəllim vəzifələrində Millətə, Vətənə, Dövlətə və Xalqa sədaqətlə. xidmət edib.
Emin Vidadi oğlu Aslanov Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, saxavətli, insapərvər, əliacıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməsi, Hərbi Andin, hərbi və daxili qoşunların döyüş xidməti nizamnamələrin tələblərinin dəqiq və sözsüz yerinə yeyirilməsi işində, öz tabeliyində olanlara şəxsi nümünə olmuş və onları fədakar hərbi xidmətə ruhlandırmışdır.
Qanunvericiliklə müəyyən olunmuş qaydada Daxili Qoşunlara həvalə olunmuş vəzifə və tapşırıqların yerinə yetirilməsində, şəhərdə, yaşayış məntəqələrində və kütləvi tədbirlərin kecirilmə yerlərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda,yaşayış məntəqələrində və cəzacəkmə müəsissələrində kütləvi iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, qanunsuz silahlı birləşmiş dəstələrin axtarışındga və zərərsizləşdirilməsində , hərbi və fövqalədə vəziyyət (komendat saatı) zamanı hüquqi rejimin təmin edilməsində, qəzaların, yanğınların,bədbəxt hadisələrin və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerinə yetirmişdir.
Hərbı xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, ali hərbi məktəb və hərbi lisey rəislərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə əlacı və yubiley döş nisanları ilə təltif olunub, pul mükafatları ilə, bir çox fəxri fərmanlarla, diplomlarla və qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Hərbi xidməti vəzifə borclarının yerinə yetirərkən göstərdiyi rəşadətə, əla döyüş hazırlığı və döyüş xidməti göstəricilərə, Dövlət və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları qarşısında xidmətlərinə, eləcə də rəhbərlik etdiyi taqım, böluk və tabor hər il Daxılı Qoşunların Baş idarəsi tərəfindən keçirilən yoxlamaların nəticələrinə görə Qoşunlar üzrə ən yüksək nəticələr əldə etdiyinə görə Azərbaycan Respublikasının Prezıdentı adından Daxili İşlər Nazirnin müvafiq əmrləri ilə “ Azərbaycan Respubilkasının Silahlı Qüvvələr Veteranı”, “ Qusrsuz xidmə görə” 1-ci ,2 -ci və 3- cü dərəcəli, “ Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin” isə 10 illiyi (1991-2001), 90 illiyi ( 1918-2008) və 95 -illiyi (1918-2013) yubiley medaları ilə təltif edilib.
Polkovnik- leytenant Aslanov Emin Vidadi oğlunun Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında səmərəli fəaliyyəti həmişə lazımnca qiymətləndirlib. O, İctimai asayişin qorunmasında və təmin edilməsində, cinayətətgarlığa qarşı mübarizədə, xidməti vəzifələrinin yerinə yetirilməsində fəriqləndiyinə görə o, Azərbaycan Respublikasının Prezıdentının müvafiq sərəncamı ilə «Hərbi xidmətlərinə görə» medalı ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, EMİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN CİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Azərbaycan Respublikasının Silahlı Qüvvələr və Müharibə Veteranı polkovnik Salman Musayev
Hiç yorum yok:
Yorum Gönder